Robert Muqabe həyat yoldaşı ilə

Qırx illik diktator devrildi

198
Zimbabvedə hərbi çevriliş baş verib

BAKI, 15 noyabr — Sputnik. Zimbabvedə Robert Muqabenin 40 illik hakimiyyət erası başa çatmaq üzrədir. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, hələ bu yaxınlarda 93 yaşlı siyasətçi 100 yaşa qədər yaşamaq və növbəti prezident seçkilərində iştirak etmək planlarını bildirmişdi.

Lakin hərbçilər belə düşünməyiblər və fərqli qərar veriblər: 14 noyabr axşamı onlar çevriliş həyata keçiriblər. Onlar çevrilişin arxasında ölkədəki siyasi və iqtisadi böhranın dayandığını bildirirlər.

Bu gün məlum olub ki, Muqabe və onun həyat yoldaşı asayiş keşikçiləri tərəfindən həbs edilib. Ölkənin maliyyə naziri İqnasius Çombo da nəzarət altına alınıb.

Afrika mediası isə Zimbabvenin qovulmuş vitse-prezidenti Emmerson Mnanqavanın bu gün hökumətə rəhbərlik etmək üçün paytaxt Harareyə qayıtdığını xəbər verib.

Noyabrın əvvəllərində prezident Muqabe etibarlı varisi sayılan müavini Mnanqaqvanı qovmuşdu. Qovulandan sonra hərbçilərin dəstəklədikləri Mnanqaqva Cənubi Afrika Respublikasına getmişdi.

Hazırda Muqabe və onun mühafizəçilərinin girov saxlanıldığı bildirilir. Eyni zamanda, zirehli texnikanın hərbi hissələrdən çıxaraq paytaxt Harareyə doğru irəlilədiyi qeyd olunur. Hərbçilər televiziya mərkəzini ələ keçiriblər və paytaxtda partlayış səsləri eşidilir.

Hərbçilər bildiriblər ki, onlar hakimiyyəti hərbi yolla ələ keçirmək fikrində deyillər və fəaliyyətləri cinayətkarların əleyhinə yönəlib.

Mnanqaqva müstəqil Zimbabvenin ilk hökumətinin tərkibində dövlət təhlükəsizliyi postunu tutub. Vitse-prezident postuna isə 2014-cü ildə təyin olunub. Elə həmin vaxt ali hakimiyyətin varisinin müəyyənləşdirilməsi məsələsində hakim partiyada parçalanma baş vermişdi. Funksionerlərin bir hissəsi “Timsah” ləqəbli sabiq nazir Mnanqaqvanı dəstəkləyib, digər qruplaşma isə prezidentin arvadı Qreys Muqabenin tərəfində olub.

Muqabe ordu ilə danışıq aparmağa və arvadının ölkəni tərk etməsi barədə razılıq əldə etməyə müvəffəq olub.

Britaniyanın Sky News telekanalının yaydığı məlumata görə, Zimbabvenin birinci xanımı artıq Namibiyaya qaçıb.

198
Teqlər:
Emmerson Mnanqava, Robert Muqabe, hərbçilər, Zimbabve, Namibiya, çevriliş
Əlaqədar
Səudiyyə Ərəbistanında "yumşaq" çevriliş: İzlər Amerika və Türkiyəyə aparır
ABŞ-da "yumşaq çevriliş": Trampın adamları həbs olunurlar
Türkiyədəki hərbi çevriliş cəhdi ilə bağlı sensasiyalı iddia
ABŞ çevriliş cəhdində əli olduğunu etiraf etdi
Fətullah Gülən 15 iyul çevriliş cəhdinin arxasında duranları açıqladı
Cənubi Afrikada zürafələr qar yağan zaman

Afrikada rekord şaxta qeydə alındı

1
(Yenilənib 18:14 24.07.2021)
Sinoptiklərin proqnozlarına görə, anomal soyuq hava bölgədə hələ bir həftə davam edəcək. Bildirilir ki, Afrikanın cənubuna soyuq hava kütlələri Antarktidadan gəlir.

BAKI, 24 iyul - Sputnik. Qış mövsümünün hökm sürdüyü Afrikanın cənubunda rekord həddə soyuq hava qeydə alınıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə mətbuat CAR meteoroloji xidmətinə istinadən məlumat yayıb.

İyulun 24-nə keçən gecə 19 rayonda tarixi rekordlar qeydə alınıb: Kimberli şəhəri və ətrafında temperatur -9,9°С-dən aşağı düşüb. Yohannesburqda temperatur -7°С olub. Bu göstəricilər meteomüşahidələr tarixində ən aşağı sayılır.

Sinoptiklərin proqnozlarına görə, anomal soyuq hava bölgədə hələ bir həftə davam edəcək. Bildirilir ki, Afrikanın cənubuna soyuq hava kütlələri Antarktidadan gəlir.

Bu yaxınlarda isə Küveyt rekord istidən "boğulurdu": kölgədə +53,3°С, Günəşin altında isə +70°С isti olub. Bu yay son yetmiş il ərzində Küveytdə ən isti olub. 

1
Teqlər:
rekord, şaxta, soyuq, CAR, Afrika

Yük maşını ikiotaqlı evə çevrildi: Təkərlər üzərində mini-otel yaratdılar

7
(Yenilənib 13:30 23.07.2021)
Latviyada köhnə, sovetin vaxtından qalmış "QAZ-63" yük maşınını təkər üzərində mini-otelə çevirərək ona ikinci həyat veriblər. Otelin necə göründüyünü videoda izləyin.

Təbiət qoynunda, ağacların kölgəsində rahat, təkərli otel. Bu, latviyalı Karlis Dandzberqs və Andris Kariçkinsin əl işidir. Avtomobili ikiotaqlı rahat evə çevirən entuziastlar onu Macəra Parkının alma bağına yerləşdiriblər.

Yük maşınına mühərrik quraşdırdılar. Avtomobil quru otaqda saxlanıldığından və çöldə yaxşı qorunub saxlanıldığından avtomobil yaxşı vəziyyətdə idi.

Dizaynerlər maşına  elektrik enerjisi quraşdırdılar, salonu istiliklə təchiz etdilər və ora yaşamaq üçün lazım olan mebelləri yerləşdirdilər.

 

7