ABŞ ordusunun əsgərləri, arxiv şəkli

Terrorçu lider amerikalıların ölkədən getməsini istəmir

21
(Yenilənib 16:20 15.11.2017)
"ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya, siyasi böhran həll olunanadək Suriyada qalsın"

BAKI, 15 noyabr — Sputnik. PKK terror təşkilatının Suriyadakı qolu sayılan PYD-nin rəhbərlərindən olan Şahoz Həsən, Amerika ordusundan Suriyada qalmasını istəyib. Sputnik Azərbaycan bu barədə "Sözcü"-yə istinadən xəbər verir.

Terrorçu lider, ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın siyasi böhran həll olunanadək Suriyada qalmasını təklif edib. Şahoz Həsən sözügedən müsahibəni "Reuters" agentliyinə verib.

Müsahibənin verildiyi tarixin, ABŞ-ın müdafiə naziri Ceyms Mettisin "Ordumuz İŞİD-lə savaş bitəndən sonra da Suriyada qalacaq" açıqlamasından sonraya təsadüf etməsi diqqət çəkib.

Qeyd edək ki, Pentaqon rəhbərinin bəyanatı Türkiyə və Rusiya siyasi elitasında xoş qarşılanmayıb. Hər iki ölkə bunun Cenevrədə keçirilən Suriya üzrə sülh danışıqlarına zidd olduğunu bildirib.

21
Teqlər:
qalmaq, Pentaqon, İŞİD, Suriya, Amerika ordusu, PYD, PKK terror təşkilatı
Əlaqədar
Trampla Putindən birgə Suriya bəyanatı
Suriyaya və İraqa gedib döyüşmək istəyən 82 şəxs saxlanıldı
İŞİD-in Suriyadakı son dayaq nöqtəsi azad edilib
Suriya və İraqda döyüşlərdə iştirak etmiş şəxslər tutuldu
"Avropa Bosniyada öldü, Suriyada torpağa basdırıldı"
Planet, arxiv şəkli

Hazırlaşın, başqa yerə uçuruq! Alimlər həyat üçün yararlı planetlər tapdılar

73
(Yenilənib 22:25 06.07.2020)
Planetlər Lacaille 9352 və ya GJ 887 adlı bir ulduzun ətrafında fırlanır. Elm adamları Yer və Marsa bənzər iki qaya planetinin varlığını təsdiqləyiblər. Onların fikrincə, üçüncü planet də ola bilər.

BAKI, 7 iyul — Sputnik. Alimlər həyat üçün əhəmiyyətli hesab edilə bilən ekzoplanet kəşf ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o, Günəşdən 10,7 işıq ili uzaqlıqda yerləşir.

Planetlər Lacaille 9352 və ya GJ 887 adlı bir ulduzun ətrafında fırlanır. Elm adamları Yer və Marsa bənzər iki qaya planetinin varlığını təsdiqləyiblər. Onların fikrincə, üçüncü planet də ola bilər.

Lacaille 9352 ulduzu Günəşin yarısı boydadır, qırmızı cırtdan planetdir və Süd Yolunda çox yayılmış kiçik və nisbətən sərin işıqlandırıcıdır. Ulduz atmosferi və yaxınlıqdakı planetlərdə həyat əlamətlərini məhv edə biləcək gücdə parlaq deyil.

Alimlər bu sistemi 3 ay müddətində Çilidə La Silla teleskopu vasitəsilə araşdırıblar. İki ekzoplanet GJ887b və GJ88c adlandırılıb. GJ 887b Yerdən 4,2 dəfə böyükdür və ulduz ətrafında 9,3 günə fırlanır. GJ 887c isə Yerdən 7,6 dəfə böyükdür və 21,8 günə fırlanır.

Əlavə araşdırmalar aparılmadan planetlərin sıx və ya qazlı olub-olmadığını söyləmək mümkün deyil. Bu planetlər ulduza yaxın məsafədədir və demək olar ki, əlverişli zonanın sərhədindədirlər.

Üçüncü planetin mövcudluğu təsdiqlənərsə, Günəşdən ən əlverişli məsafədə olmalıdır. Həmin planetdə çox isti və çox soyuq olmayacaq. Onun orbital dövrü təxminən 50 gündür. Alimlər hesab edirlər ki, planetdə həyat üçün uyğun şərait yarana bilər.

"Əgər davamlı müşahidələr yaşayış zonasında üçüncü bir planetin olmasını təsdiqləsə, GJ 887 Günəşin yaxınlığında ən çox araşdırılan planetar sistemlərdən birinə çevrilə bilər", - deyə araşdırma müəllifləri bildirib.

73
Ekvalipt ağacı, arxiv şəkli

İndoneziyada "koronavirusu öldürən" evkalipt boyunbağı təqdim edilib

10
(Yenilənib 22:14 06.07.2020)
"Laboratoriya araşdırmalarının nəticələrinə görə, evkaliptin 700 növündən biri koronavirusu öldürür. Biz buna əminik", - nazir əlavə edib.

BAKI, 7 iyul — Sputnik. İndoneziyanın Kənd Təsərrüfatı Nazirliyi yeni tip koronavirusu öldürdüyü iddia edilən boyunbağını ictimaiyyətə təqdim edib.

Sputnik Azərbaycan "Jakarta Post" qəzetinə istinadən xəbər verir ki, boyunbağı evkalipt yarpaqlarından hazırlanıb.

"Əgər bu boyunbağını geyinsəniz, o, 15 dəqiqə ərzində virusun 42 faizini, yarım saat ərzində isə 80 faizini öldürəcək", - İndoneziyanın Kənd Təsərrüfatı naziri Siyarul Yasin Limpo Sağlamlıq və İnkişaf Agentliyinin hazırladığı bu məhsulu təqdim edərkən bildirib.

"Laboratoriya araşdırmalarının nəticələrinə görə, evkaliptin 700 növündən biri koronavirusu öldürür. Biz buna əminik", - nazir əlavə edib.

O deyib ki, evkaliptin eyni növü kəsikləri də tez sağaldır.

İndoneziyanın tibb işçiləri və mikrobioloqları isə bu ixtiraya şübhə ilə yanaşırlar.

"Biz bilirik ki, dünya hələ bu xəstəlik üçün dərman yaratmayıb. Düşünürəm ki, biz müdriklik nümayiş etdirməli və çaxnaşma vəziyyətində olan cəmiyyətdə bu cür bəyanatların yayılmasından çəkinməliyik", - İndoneziya Milli Mikrobiologiya İnstitutunun Direktor müavini Heravati Sudoyo qəzetə bildirib.

10
Mövzu:
Dünyanı cənginə almış bəla
COVİD-19-da ölən şəxs, arxiv şəkli

ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyona çatır

0
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

 

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 622 741-yə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 538 079 nəfər vəfat edib, 6 302 689 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 938 min 625 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0