Sənəd imzalayan adam, arxiv şəkli

Prezident böyük səlahiyyətindən məhrum edilə bilər: "O, normal adam deyil"

68
(Yenilənib 11:58 15.11.2017)
"Biz cənab Trampın hərəkətlərini yaxından təqib edirik və görürük ki, onun bir sözü o birini tutmur"

BAKI, 15 noyabr — Sputnik. Amerika Birləşmiş Ştatları tarixində bir ilk yaşanıb. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, ölkə Senatının Xarici Əlaqələr Komitəsində keçirilən iclasda prezident Donald Trampın nüvə sahəsi ilə bağlı beynəlxalq müzakirə və danışıqlarda iştirakının milli təhlükəsizliyə zərər ola biləcəyi vurğulanıb.

Beləliklə də, prezidentin bu sahə ilə bağlı öhdəliyində olan səlahiyyətlərinin geri alınmasının önü açılmış oldu. Senatdakı müzakirələr zamanı qeyd olunub ki, Tramp əqli cəhətdən normal insan deyil. Komitə üzvləri dövlət başçısının dəyişkən və qeyri-sabit xarakterə malik olduğunu hesab edirlər.

"Biz cənab Trampın hərəkətlərini yaxından təqib edirik. Və görürük ki, onun bir sözü o birini tutmur. Yəni qeyri-sabit və dəyişkən adamdır. Onun qərarvermə prosesi olduqca xəyalpərəstdir. Bu adam Amerikanın milli maraqlarına zidd nüvə hücumu əmri verə bilər" — senator Kris Mörfi deyib.

Bəzi senatorlar isə mövzunun çox həssas olduğunu, təcili qərar verməyin doğru olmayacağını, çünki düşmənlərin ABŞ-ı izlədiklərini bildiriblər.

"Biz bu məsələni tələsmədən müzakirə etməliyik. Tramp ABŞ prezidentidir. Əlbəttə, biz onun qəribə davranışları səbəbilə narahatlıq keçiririk, amma unutmamalıyıq ki, düşmənlərimiz bizi izləyir. Cənab Tramp nə də olsa, Amerika rəhbəridir" — senator Bob korker qeyd edib.

68
Teqlər:
senator, nüvə, Donald Tramp, prezident, Senat, Amerika Birləşmiş Ştatları
Əlaqədar
Etirazçılar "Trampı" yandırdılar
Trampla Putindən birgə Suriya bəyanatı
Trampdan qalmaqallı açıqlama: "Bizi sınağa çəkməyin"
Trampa "pis işarə" göstərən qadın işdən qovuldu - Foto
Trampdan müharibə iyi verən "işgüzar" məsləhət
Donald Trampdan İrana qarşı ağlasığmaz ittiham
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün günahlandırıldıq"

32
“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var".

BAKI, 25 oktyabr - Sputnik. “Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandırıldıq”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və? Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gecikmə, et!”, - o vurğulayıb.

32
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

16
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

16
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

0
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

0