FED-in binası, arxiv şəkli

Dekabrda manatı ciddi təhlükə gözləyir

100
(Yenilənib 10:10 11.11.2017)
Con Uilyams: "2018-ci ildə də daha 3 dəfə faiz artımını gözləyirəm"

BAKI, 11 noyabr — Sputnik. ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında uçot dərəcəsini qaldıracağını gözləyirəm.

Sputnik Azərbaycan "Bloomberg"ə istinadla xəbər verir ki, bunu San-Fransisko FED-in rəhbəri Con Uilyams söyləyib.

Con Uilyams 2018-ci ildə də daha 3 dəfə faiz artımını gözlədiyini qeyd edib.

San-Fransisko FED-in rəhbəri ABŞ-da faizin 2.5 faiz ətrafında normal bir səviyyəyə qayıdacağını bildirib.

100
Teqlər:
Federal Ehtiyat Sistemi, FED, Con Uilyams, ABŞ, San-Fransisko
Əlaqədar
FED-in protokolları açıqlandı
FED-də baş verənlər dolları zəiflədəcək
FED qərarını açıqladı
FED faizi artırdı, dollar isə ucuzlaşdı
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Erikssen və Finlandiya millisinin havbeki Qlen Kamara AVRO-2020 matçında

Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə Danimarka oyununun ən yaxşısı seçildi

136
(Yenilənib 00:28 13.06.2021)
Avropa çempionatının təşkilat komitəsi oyun zamanı huşunu itirən futbolçunu dəstəkləmək qərarına gəlib.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

136