BAKI, 11 noyabr — Sputnik. 2021-ci ildə Şimali Almaniyada dünyanın ilk hidrogen qatarları istifadəyə veriləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "Alstom" fransız şirkəti artıq Almaniyanın Aşağı Saksoniya şəhərindəki LNVG dəmir yolu şirkəti üçün 14 qatarın hidrogen yanacaq tədarükü ilə bağlı müqavilə imzalandığını bildirib.
Qatarlar 2021-ci ilin dekabrından Cuxhaven, Bremerhaven, Bremerfurd və Buxtenudə arasında marşrutlarda işə başlayacaq. Qatarlar 1000 km-ə qədər məsafə qət edə biləcək və saatda maksimum 140 kilometr sürətlə inkişaf edəcək.
Məlum olduğu kimi, hidrogenli mühərriklər yalnız su buxarını yayırlar. Buna görə də, hidrogen qatarları ən təmiz nəqliyyat növlərindən biri hesab olunur. Qatarlar dizelli nəqliyyat vasitələrini elektriksiz xətlərdə əvəz edəcək.
Aşağı Saksoniya şimal küləyi təsərrüfatlarından elektrik enerjisindən istifadə etməklə hidrogen istehsalı planlaşdırılır.
Xatırladaq ki, əvvəllər "Hyundai" şirkətinin hidrogen elektrik stansiyası ilə yeni krossover təqdim etdiyi deyliridi.
BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.
Loni Willison littering the trash again.https://t.co/3BpxiKh3Hf
— Maraaz.Com (@Maraazcom) January 15, 2021
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.
BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.
"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.
O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.