Maşın oğurlamış azərbaycanlıların üzərindən silah çıxdı

CC0 / stevepb / pistolПистолет
Пистолет - Sputnik Azərbaycan
Abunə olmaq
“Mercedes” markalı avtomobil yaxınlıqdakı Dnepr şəhərindən oğurlanıb

BAKI, 10 noyabr — Sputnik. Ukraynanın Zaporojye şəhərində 3 azərbaycanlı həbs edilib. Sputnik Azərbaycan Ukrayna mətbuatına istinadla xəbər verir ki, azərbaycanlılar oğurluq avtomobildə olublar.

“Mercedes” markalı avtomobil yaxınlıqdakı Dnepr şəhərindən oğurlanıb. Azərbaycanlıların üzərində qumbara və tapança aşkar edilib. Zaporojyenin polis rəisi Oleq Zolotonoşa “facebook” səhifəsində yazıb ki, azərbaycanlılar Ukrayna Cinayət Məcəlləsinin 289, 263 və 190-cu maddələri ilə məsuliyyətə cəlb olunacaqlar.

Xəbər lenti
0