Kompüter arxasında oturmuş uşaqlar, arxiv şəkli

Uşaqlarınızı qoruyun: “Mavi balina” yenə can aldı

521
(Yenilənib 22:38 10.11.2017)
Psixoloji oyunun qaydalarına görə, uşaqlara 50 tapşırıq verilir və oyunun sonunda ondan intihar etmək tələb olunur

BAKI, 10 noyabr — Sputnik. "Mavi balina"-nın (“Siniy kit”) qurbanları artmaqda davam edir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Ordu vilayətində "Mavi balina"nın təsirinə düşən 17 yaşlı gənc özünü asaraq intihar edib.

Dünyanın dörd bir tərəfində minlərlə uşağı ölümlə üz-üzə qoyan "Mavi Balina" oyunundakı təlimatı yerinə yetirmək üçün özünü qaz borusundan asan İbrahim Can lisey şagirdi olub.

İddialara görə, "Mavi balina" oyun son günlərdə 142 gəncin intiharına səbəb olub. Bildirilir ki, psixoloji oyunun qaydalarına görə, uşaqlara 50 tapşırıq verilir və oyunun sonunda ondan intihar etmək tələb olunur.

Bu oyun Rusiyada yaranıb. Onun dəqiqi yaranma tarixi bəlli deyil. Bəziləri dəhşətli oyunun 2015-ci, digərləri 2016-ci ildə yaradıldığını deyirlər. Bəlli olan odur ki, artıq yüzlərlə uşaq bu oyunun psixoloji təsiri altında intihar edib.

“Mavi balina”-nı həm də “Sakit ev”, “Məni 4:20-də yuxudan oyat”, “Balinalar dənizi”, “Süd yolu”, “F57”, “Qırmızı bayquş” adları ilə də sosial şəbəkələrdə yayılır.

521
Teqlər:
psixoloji təsir, Siniy kit, "Mavi balina", intihar, Rusiya, Türkiyə
Əlaqədar
Abdullayeva: “Azərbaycanda sosial şəbəkələrdən qaynaqlanan intihar halları artıb”
Bakının mərkəzində intihar dramı yaşanır: sakin bu yolla özbaşınalığa etiraz edir
Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb və intihar edib
Canlı yayımda intihar etdi
Azərbaycan qadınları yol ayrıcında: Ya intihar, ya xilas
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

2
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

2
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

4
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

4
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı