Türk polisi, arxiv şəkli

Azərbaycanlı məmurun adı İstanbulda 5 milyon dollarlıq sui-qəsddə niyə hallanır?!

1139
(Yenilənib 20:15 12.03.2020)
Şeyx Həmzət Lotu Qulini təkcə Lənkəranskinin intiqamını almaq üçün deyil, həm də onu satdığı üçün axtarır

BAKI, 10 noyabr — Sputnik. İstanbulun "Bahçelievler" məhəlləsində Ömür Plaza AVM-də mafioz qrupa qarşı həyata keçirilən əməliyyatın pərdə arxası üzə çıxıb.

Türkiyənin Hürriyət qəzetinin yazdığına görə, mütəşəkkil cinayətkar dəstə Şirinlər-ə qarşı keçirilən əməliyyatda saxlanılan şübhəlilərin 2016-cı ilin avqustunda İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevə (Lənkəranski) qarşı sui-qəsdin intiqamını almaq məqsədilə Azərbaycandan Türkiyəyə gələn 4 nəfərlə 5 milyon dollarlıq razılığa gəlmək üçün görüşdüyü iddia edilir.

İstanbul Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dəstələri 2 noyabr axşamı "Bahçelievler"dəki bir ticarət mərkəzində mütəşəkkil cinayətkar dəstə "Şirinlər"ə qarşı əməliyyat həyata keçirib. Əməliyyat zamanı təşkilatın lideri "Max" ləqəbli Mehmet Sabri Şirinin də aralarında olduğu 8 şübhəli şəxs saxlanılıb. İstintaqın gedişində daha 5 nəfər də yaxalanıb. 

İstintaqın gedişi zamanı şübhəlilərlə bağlı yeni detallar üzə çıxıb. Sən demə, kriminal avtoritet Rövşən Canıyevin məmur qardaşı Namiq Canıyev 4 nəfərlə birlikdə qardaşının intiqamını almaq üçün danışıqlar aparıb. O, qarşı tərəfə qardaşının intiqamı müqabilində 5 milyon dollar təklif edib.

Əməliyyat zamanı intiqam planı üçün "Şirinlər" dəstəsi ilə anlaşmaq məqsədilə Bakıdan İstanbula gələn Azərbaycan əsilli 4 şübhəli (Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Hacı Beyləqanski ləqəbli "qanuni oğru" Talıbxanlı Hacıbaba Tahir oğlunun da bu adamlar arasında olduğu bildirilir — red.) də daxil olmaqla 13 nəfər nəzarət altına alınıb. Namiq Canıyev ilkin dindirmədən dərhal sonra Azərbaycandan edilən bir zəng nəticəsində buraxılsa da, daha sonra yenidən nəzarətə götürülüb.

Onlardan 9 silah müsadirə edilib. Saxlanılan şəxslərin evlərində və avtomobillərində də axtarış aparılıb.

Sputnik Azərbaycan-a Türkiyədəki mənbələrdən verilən məlumata görə, müsadirə edilən silahlar rəsmən qeydiyyatdan keçib və mühafizə xidmətinin əməkdaşlarına məxsus olub. İstanbul polisindən bildirildiyinə görə, onlara mafioz qrupların üzvlərinin görüşəcəyi və sui-qəsdin müzakirə olunacağı barədə kəşfiyyat məlumat verilib. Əməliyyat da bu məlumat əsasında keçirilib. İstanbul polisi sözügedən mafioz qruplaşmanın hər hansı cinayət faktı üzrə saxlanmadığını bildirib. "Sadəcə bizə məlumat verdilər və biz də təhlükəsizlik üçün lazımı addımı atdıq" — deyə İstanbul polisindəki mənbə bildirib.

Kriminal dairələrə yaxın mənbədən Sputnik Azərbaycan-a bildirildiyinə görə, Rövşən Lənkəranskinin öldürülməsindən sonra onunla əlaqəsi olan şəxslər Türkiyəyə gələrkən xüsusi xidmətlər tərəfindən ciddi surətdə izlənilir. Namiq Canıyevin İstanbula gəlişi də Türkiyənin təhlükəsizlik qüvvələrinin nəzərindən qaçmayıb. Onun biznes adı altında əslində qardaşının intiqamını almaq üçün vaxtilə Lənkəranski, eləcə də onun "qardaş" adlandırdığı çeçen kriminal avtoritet, oğru dünyasının "Ümumavropa kassası"nın nəzarətçisi Həmzət Qastəmirovla (Şeyx Həmzət) yaxın əlaqələri olan "Şirinlər" mafioz qrupunun liderləri ilə görüşə gəldiyi güman edilib. Maraqlıdır ki, kriminal aləmə yaxın mənbələrdən biri Canıyevin İstanbulda ona qardaşının intiqamını almağı söz vermiş Şeyx Həmzətlə görüşdüyünü bildirib. Mənbənin sözünə görə, Mehmet Sabri Şirinlə Canıyevi məhz Şeyx Həmzət əlaqələndirib. Şeyx Həmzət Lənkəranskinin intiqamını almaq və onun Türkiyədəki fəaliyyətini davam etdirmək üçün çeçen və türk mafiyaların ortaq işbirliyinə xeyir-dua verib. 

"Şirinlər"ə qarşı əməliyyat öncəsi Lənkəranskinin qətlinin sifarişində şübhəli bilinən Lotu Quli ləqəbli Nadir Səlifov da azadlığa çıxaraq dərhal İstanbula yerləşib. Lənkəranskinin adamları İstanbul polisinə Canıyevin intiqam üçün orada olduğu barədə xəbəri Qulinun adamlarının verə biləcəyini ehtimal edirlər. Çünki bir müddət əvvəl Rövşən Lənkəranskinin il mərasiminə qatılmaq və qəbrini ziyarət etmək məqsədilə Azərbaycana gələn Şeyx Həmzət daha sonra saxta pasport gəzdirməkdə və odlu silah saxlamaqda günahlandırılaraq 8 cangüdəni və aralarında yaxınlarının da olduğu 13 nəfərlə birlikdə Amsterdamın Sxiphol (Schiphol) hava limanı yaxınlığında saxlanılmışdı. Sonra Qastəmirov Hollandiya məhkəməsinə 3,6 milyon avro ödəyərək azadlığa çıxmışdı. Qastəmirovun adamları onu holland polisinə Lotu Qulinin adamlarının satdığını güman edirlər. Odur ki, Şeyx Həmzət Lotu Qulini təkcə Lənkəranskinin intiqamını almaq üçün deyil, həm də onu satdığı üçün axtarır.

İstanbul polisi Namiq Canıyevin həbsdə çox saxlanmayacağını, İstintaq başa çatandan dərhal sonra Azərbaycana göndəriləcəyini bildirib. Yaxın adamlarının bildirdiyinə görə, böyük ehtimalla, Canıyev sabah azadlığa çıxacaq.

Türkiyə mediası bildirir ki, "Şirinlər" qrupuna sonuncu dəfə 3 iyunda "Güngörən" məhəlləsində Saral qrupu tərəfindən hücum təşkil edilmişdi.

1139
Teqlər:
Hacı Beyləqanski, Namiq Canıyev, Nadir Səlifov, Rövşən Canıyev, İstanbul, Azərbaycan
Əlaqədar
Rövşən Lənkəranskinin qardaşı Türkiyədə kriminalların arasına necə düşüb
"Lotu Quli"yə qarşı sui-qəsd: Lənkəranskinin qardaşı tutuldu
"Lotu Quli"nin azadlıqda ilk görüntüsü yayıldı
"Lotu Quli"nin barəsində kimsənin bilmədiyi fakt üzə çıxdı
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

7
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

7
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

5
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

5
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

9
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

9
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması