Boksçu Mayk Tayson Santyaqo Beynəlxalq Hava Limanında, 9 noyabr 2017-ci il

Əfsanəvi boksçuya inanılmaz qadağa: Sənə olmaz!

48
(Yenilənib 21:47 10.11.2017)
Çili qanunları Taysonu geri dönməyə vadar etdi

BAKI, 10 noyabr — Sputnik. Əfsanəvi boksçu Mayk Tayson problemlə üzləşib. Belə ki, Çiliyə getmək istəyən Tayson sərhəddən geri dönməyə məcbur olub.

Sputnik Azərbaycan Abcnews-a istinadən xəbər verir ki, buna boksçunun xarici vətəndaşlarla bağlı qanunu pozması səbəb olub. Çili qanunlarına əsasən ölkəsində narkotik vasitə ilə bağlı cinayətdə əli olan şəxslər sərhəddən buraxılmaya bilər.

Qeyd edək ki, boksçu 2007-ci ildə narkotik vasitədən istifadə və saxlanılma ittihamı ilə tutulub və ona 3 il şərti həbs cəzası verilib.

48
Teqlər:
Mayk Tayson, narkotik vasitə, boksçu, qadağa, Çili, həbs cəzası
Əlaqədar
Evander Holifild: "Mayk Tayson özünü uşaq kimi apardı"
"Mayk Tayson" Mingəçevirdədir
Sabirabadda "Mayk Tayson" peyda olub
Mayk Tayson Robert de Nironu niyə döyəcəkmiş?
: İnsanın kölgəsi, arxiv şəkli

Hökumət qərarı sərtləşdirdi, 40 min avroluq maska oğurlandı

1
(Yenilənib 22:03 26.01.2021)
Almaniya hökuməti maskaların taxılması ilə bağlı qərarı sərtləşdirdikdən sonra ölkədə böyük oğurluq baş verib.

BAKI, 26 yanvar - Sputnik. Almaniyanın Güterslo şəhərindəki anbardan dəyəri 40 min avro olan on konteyner maska oğurlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, oğrular FFP2 tipli maskaların olduğu anbara girərək on konteyner maskanı oradan çıxarıblar.

Almaniyada yanvar ayından etibarən mağazalarda və ictimai nəqliyyatda FFP2, FFP3 və КN95/N95 maskalarının taxılması məcburi elan edilib. Evdə tikilən maskaları taxmaq isə qadağandır, çünki onlar koronavirusdan etibarlı şəkildə qorumur.

1
Teqlər:
oğurluq, Almaniya, maska
Nikol Paşinyan, arxiv şəkli

Paşinyanın pasportu azərbaycanlıların əlinə necə keçib?

17
(Yenilənib 21:19 26.01.2021)
Keçmiş ekspert Andranik Ovannisyan "azərbaycanlıların Nikol Paşinyanın diplomatik pasportunu ona verdikləri" barədə məlumat paylaşıb.

BAKI, 26 yanvar - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportu Azərbaycanla sülh imzalanan gün oğurlanıb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan deyib. 

Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyannamə imzalanmasına etiraz edən insanlar hökumət binasını, parlamenti və baş nazirin mülkünü dağıdıblar, pasport da o vaxt oğurlanıb. Sonra Paşinyan özü də deyib ki, həmin gün imarətindən "kompüter, saat, parfüm, sürücülük vəsiqəsi və digər əşyalar oğurlanıb". 

"Noyabrın 10-da bir qrup insanın Ermənistan hökumətinin binasına hücumu nəticəsində 14 diplomatik pasport oğurlanıb. Onları elə həmin gün XİN ləğv edib. Həmin pasportların arasında Ermənistanın baş nazirinin sənədi də olub", - "Armenpress" Nağdalyanın sözlərini sitat gətirir. 

Agentlik yazır ki, "Orbeli" erməni analitik mərkəzinin keçmiş eksperti, Ermənistana girişi qadağan olunmuş Andranik Ovannisyan "azərbaycanlıların Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportunu ona verdikləri" barədə məlumat paylaşıb.

17