Məşhur qadın idmançılar bir-biriləri ilə ailə qurdular

© Photo : OutsportsLaura Lyudviqlə Kira Valkenhorst
Laura Lyudviqlə Kira Valkenhorst - Sputnik Azərbaycan
Abunə olmaq
Elena Delle Donn uzun müddətdi birlikdə olduğu rəfiqəsi Amanda Kliftonla nikaha girib

BAKI, 10 noyabr — Sputnik. Dünya idmanında növbəti bir cütlük ailə qurub. Sputnik Azərbaycan Dailymail-ə istinadən xəbər verir ki, Almaniyanın çimərlik voleybol üzrə yığmasının üzvləri Laura Lyudviqlə Kira Valkenhorstun ailə qurmasının ardından basketbolçular da bir-biri ilə evləniblər.

Belə ki, qadınlar arasında Amerika Milli Basketbol Liqasında (WNBA) mübarizə aparan Elena Delle Donn uzun müddətdi birlikdə olduğu rəfiqəsi Amanda Kliftonla nikaha girib. Nigah mərasimi Nyu-Yorkda baş tutub. Mərasimə kifayət qədər qonaq qatılıb.

Qeyd edək ki, ABŞ millisinin və WNBA-nın ulduzu olan Donn bir müddət öncə cinsi azlıq nümayəndəsi olduğunu və Kliftonla birgə yaşadığını açıqlamışdı.

Xəbər lenti
0