İspaniyanın Kataloniya bölgəsində on minlərlə insan, siyasi həbslərə etiraz etmək üçün mitinq keçirir

Separatçı bölgə yenə ayağa qalxıb

67
(Yenilənib 21:06 08.11.2017)
Bölgədə ümummilli tətil elan edilib, vağzal binası ələ keçirilib

BAKI, 8 noyabr — Sputnik. Kataloniyada yerli siyasətçilərin həbsinə etiraz edən minlərlə vətəndaş etiraz aksiyası keçirir. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, etirazçılar magistral yollara barrikadalar quraraq, avtomobillərin hərəkətinə mane olur. Geniş aksiyalar daha çox Barselona şəhərində keçirilir.

Kataloniya polisi mitinq iştirakçılarını dağıtmağa çalışır. Bundan başqa, etirazçılar yüksək sürətli qatarların hərəkət etdiyi Jiron vağzalının binasını ələ keçiriblər.

Ümummilli tətil elan edilib. Aksiyaya həmkarlar ittifaqları təşkilatları da qoşulub.

67
Teqlər:
barrikada, Kataloniya, etiraz aksiyası, polis, mitinq, tətil
Əlaqədar
Kataloniya separatçılarının lideri təslim oldu
Kataloniyanın sabiq rəhbəri məhkəmə qarşısında dayanacaq
Kataloniya muxtariyyəti geriyə addım atdı
NATO-dan "Kataloniya" açıqlaması
Azərbaycandan Kataloniya məsələsinə rəsmi münasibət