Kürsünün üstündə naməlum cins şərti işarəsi təsvir olunmuş vərəqlər

Bu da oldu: Almaniya “üçüncü cins”i rəsmən tanıdı

477
(Yenilənib 19:58 08.11.2017)
Mövzu ilə bağlı açıqlama verən Almaniyanın Daxili İşlər Nazirliyinin sözçüsü Yohannes Dimros, hökumətin yeni qanunu həyata keçirməyə hazır olduğunu söyləyib

BAKI, 8 noyabr — Sputnik. Almaniya hökuməti dünya tarixində bir ilkə imza atdı. Ali Məhkəmənin tələbi ilə, ölkə parlamenti üçüncü cins insan təbəqəsini rəsmən tanıyıb. Beləliklə, "interseks" adlanan və özünü heç bir cinsdən görməyən vətəndaşlar dövlət tərəfindən rəsmən tanınmış olub. Lakin Ali Məhkəmənin təklifi əsasında Bundestaqda qəbul olunan qərar, 2018-ci ilin sonundan etibarən qüvvəyə minəcək.

Sputnik Azərbaycan "İndependent"-ə istinadən xəbər verir ki, Ali Məhkəmənin təklifinə digər instansiya məhkəmələri etiraz ediblər. Onlar bu qərarın ağlasığmaz olduğunu bildiriblər.

Mövzu ilə bağlı açıqlama verən Almaniyanın Daxili İşlər Nazirliyinin sözçüsü Yohannes Dimros, hökumətin yeni qanunu həyata keçirməyə hazır olduğunu söyləyib.

477
Teqlər:
"interseks", Bundestaq, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Almaniya
Əlaqədar
Almaniya Türkiyəni küncə sıxmağa hazırlaşır
Azərbaycan Almaniyaya üstün gəldi
Sabah Almaniya üçün həlledici gündür
Almaniya Türkiyədən nə istəyir?
Almaniyada Azərbaycan futbol klubu yaradılıb