Ər-Riyad şəhərində qəzet oxuyan adam, 5 noyabr 2017-ci il

Əməliyyat genişlənir: rüşvətxor nazirlər cəzalandırılacaq

32
(Yenilənib 19:31 08.11.2017)
Qəzetin yazdığına görə, həbs edilən şəxslərin pullarının böyük hissəsi xaricdəki banklarda saxlanılır

BAKI, 8 noyabr — Sputnik. Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada şübhəli bilinərək həbs olunan dövlət adamları və şahzadələr barəsində sərt addım atmağa hazırlaşır. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, rəsmi Riyad hökuməti, həbs edilən məmurlardan 800 milyard dollaradək pul müsadirə etməyi planlaşdırır.

Qəzetin yazdığına görə, həbs edilən şəxslərin pullarının böyük hissəsi xaricdəki banklarda saxlanılır. Pulların xaricdə olması, müsadirə planının reallaşmasını daha da qəlizləşdirir.

Bununla belə, Səudiyyə Ərəbistanı hökuməti tutulan şəxslərə məxsus şirkətlərin bank hesdablarının dondurulmayacağını bildirib.

Xatırladaq ki, noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib.

32
Teqlər:
Korrupsiyaya qarşı Mübarizə Komitəsi, bank hesdabları, Səudiyyə Ərəbistanı, korrupsiya, məmur, dollar
Əlaqədar
İllik rüşvətin miqdarı açıqlandı
Bizim pullarımızı aparıb rüşvət verdi və həbs olundu
Bakıda reket jurnalistlər rüşvət aldıqları yerdə tutuldular
Prezident rüşvətlə əlaqədar naziri vəzifədən azad etdi
Rüşvətxor məmurların reyestri yaradılır