Qoyunlar heç də "qoyun" deyilmiş

© Sputnik / Murad OrujovЖертвенные бараны на праздник Гурбан Байрам
Жертвенные бараны на праздник Гурбан Байрам - Sputnik Azərbaycan
Abunə olmaq
Qoyunlar da itlər, meymunlar və digər ev heyvanları kimi öncədən tanıdıqları insanları görən zaman tanıyırlar

BAKI, 8 noyabr — Sputnik. Bugünədək zehinsiz, beyinsiz olaraq tanıdığımız heyvan olan qoyunlar heç də düşündüyümüz kimi deyilmiş. Sputnik Azərbaycan "Telegraph"-a istinadən xəbər verir ki, Britaniyanın Kembric Universitetinin əməkdaşları bu ev heyvanları üzərində maraqlı araşdırma aparıblar.

Araşdırma göstərib ki, qoyunlar məşhur insanların fotoşəkillərini tanıyır, hətta fərqləndirə bilir.

© Photo : Cambridge UniversityKeçmiş ABŞ prezidenti Barak Obama və BBC-nin məşhur aparıcısı Fiona Bryusin şəkilləri
Keçmiş ABŞ prezidenti Barak Obama və BBC-nin məşhur aparıcısı Fiona Bryusin şəkilləri - Sputnik Azərbaycan
Keçmiş ABŞ prezidenti Barak Obama və BBC-nin məşhur aparıcısı Fiona Bryusin şəkilləri

Şəkilləri doğru tapdıqları zaman yemlə mükafatlandırılan qoyunlar, keçmiş ABŞ prezidenti Barak Obama, BBC-nin məşhur aparıcısı Fiona Bryus və tanınmış aktrisa Emma Vatsonun şəkillərini ilk baxışda tanıyıblar.

© Photo : Cambridge UniversityAktrisa Emma Vatsonun şəkli
Aktrisa Emma Vatsonun şəkli - Sputnik Azərbaycan
Aktrisa Emma Vatsonun şəkli

Hətta qoyunlar sözügedən məşhurları fərqli şəkillərdən də tanıya biliblər.

Qoyunlar da itlər, meymunlar və digər ev heyvanları kimi öncədən tanıdıqları insanları görən zaman tanıyırlar. Lakin, bu fakt idiyə qədər çox az bilinirdi.

Xəbər lenti
0