Youtube fenomeni dünyasını dəyişdi

© AFP 2023 / Nicholas KAMMYouTube-un ana səhifəsi
YouTube-un ana səhifəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hamı onu internetdə "Tırçı Əli" Ləqəbi ilə tanıyırdı

BAKI, 4 noyabr — Sputnik. "Alex745alexandro" nikli Türk YouTuber Əli Can, dünən günorta infarkt keçirərək, dünyasını dəyişib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, xalası oğlu Salih İşinmişin sözlərinə görə, Əli Can dünən yük boşaltdıqdan sonra özünü yorğun hiss etdiyini deyib və avtomobilində yuxuya gedib. Bu zaman o keçirdiyi infarkt səbəbilə dünyasını dəyişib. Almaniyada yaşayan Əli Can Nevşehirin Ürgüp rayonu, Ortahisar qəsəbəsində dəfn ediləcək.

Əli Can daha çox "Tır" idarə edərkən çəkdiyi videolarla Youtube-da fenomen olmuşdu. Hamı onu internetdə "Tırçı Əli" ləqəbi ilə tanıyırdı.

Xəbər lenti
0