Qərbi Azərbaycan əyalətində terrorçularla atışma, 8 sərhədçi öldü

CC0 / stevepb / bulletAvtomat silah
Avtomat silah - Sputnik Azərbaycan
Abunə olmaq
Bu bölgədə PKK terror təşkilatına yaxın olan PJAK qruplaşması təxribat aktları həyata keçirir

BAKI, 3 noyabr — Sputnik. İranın şimal-qərbindəki Qərbi Azərbaycan əyalətində terrorçuların hücumu nəticəsində 8 sərhədçi həlak olub.

Bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Qərbi Azərbaycan əyalətinin nümayəndəsi bildirib ki, hazırda sərhədçilərlə regionda fəaliyyət göstərən terror qruplaşmaları arasında toqquşma davam edir.

Bu bölgədə PKK terror təşkilatına yaxın olan PJAK qruplaşması təxribat aktları həyata keçirir.

Xəbər lenti
0