Vaşinqtonda terror həyəcanı: Ağ Evə gedən yol bağlandı, Tramp şəhəri tərk etdi

© REUTERS / Carlos BarriaDonald və Melaniya Tramp
Donald və Melaniya Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti Donald Trampın Havay adalarına getmək üçün yola çıxdığı bildiilir

BAKI, 3 noyabr — Sputnik. Vaşinqtonda şübhəli aksiya səbəbi ilə Ağ Evə gedən yollar bağlanıb. ABŞ Məxfi Xidməti Ağ Ev yaxınlığında bir nəfəri saxlayıb.

Məxfi Xidmət Ağ Ev ətrafındakı yolların bağlandığını bildirib.

Daha bir nəfərin şübhəli hərəkətləri səbəbindən polis tərəfindən saxlanıldığı qeyd olunur.

ABŞ prezidenti Donald Trampın isə Havay adalarına getmək üçün yola çıxdığı bildiilir.

Xəbər lenti
0