Kərkük, İraq 17 oktyabr 2017-ci il

İŞİD-in son qalası da fəth olundu

44
(Yenilənib 16:05 03.11.2017)
"İŞİD döyüşçüləri ya təslim olacaqlar, ya da öldürüləcəklər"

BAKI, 3 noyabr — Sputnik. İraq ordusu İŞİD-in ölkədəki son qalası kimi tanınan Əl-Qaim şəhərinə girib. Bu barədə Sputnik-in ərəb bürosu məlumat verir.

İraq ordusunun komandirlərindən Numan Əbd əl-Zubey deyib ki, əsgərlər artıq şəhərin mərkəzinə tərəf irəliləyirlər.

Mövzu ilə bağlı İraqın baş naziri Heydər əl-İbadi də açıqlama verib: "İŞİD döyüşçüləri ya təslim olacaqlar, ya da öldürüləcəklər. Başqa seçimləri qalmayıb".

Xatırladaq ki, baş nazir bir neçə gün əvvəl demişdi ki, ordu Suriya ilə sərhəddəki Əl-Qail və Rava şəhərlərinə əməliyyata hazırlaşır.

44
Teqlər:
Əl-Qaim şəhəri, İraq, İŞİD
Əlaqədar
Rusiya İŞİD-in mövqelərinə raket zərbələri endirdi
İŞİD dünyanın bir nömrəli ulduzlarını hədələdi
İŞİD-dən Britaniya kral ailəsinə hədə
Türkiyədə İŞİD-ə üzv olmaqda şübhəli sayılan 2 azərbaycanlı saxlanılıb
Daha dörd İŞİD terrorçusu yaxalandı
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

76
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

76
Beyrutdakı partlayışda

Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı

27
(Yenilənib 23:19 05.08.2020)
Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

BAKI, 5 avqust — Sputnik. Baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

27