Ermənistanda təcili yardım maşını

Erməni terrorçu həbsxanada öldü

60
(Yenilənib 13:45 03.11.2017)
Həbsxanaya çağırılan “təcili yardım” briqadası onu tibb mərkəzinə aparsa da, məhkum keçinib

BAKI, 3 noyabr — Sputnik. 1999-cu il 27 oktyabr tarixində Ermənistan parlamentində həyata keçirilən terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş Eduard Qriqoryan ölüb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Qriqoryan ürəyindəki problemlər səbəbindən ölüb.

Ermənistan Ədliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, məhkum ürək nahiyəsində ağrılar hiss edib. Həbsxanaya çağırılan “təcili yardım” briqadası onu “Erebuni” tibb mərkəzinə aparıb. Amma həkimlərin səyinə baxmayaraq, məhkum keçinib.

Qeyd edək ki, 18 il əvvəl bir qrup terrorçu Ermənistan Milli Məclisinə soxularaq, parlament və hökumət rəhbərliyini güllələyib. Terrorçular, parlamentin spikeri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan, deputatlar Yuri Baxşiyan, Ruben Miroyan, Mikael Kotanyan, Armenak Armenakyan, Henrix Abramyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyanı öldürüblər.

Terrorçular üzərində məhkəmə 2001-2003-cü illərdə davam edib. Başda qruplaşmanın lideri Nairi Unanyan olmaqla, 6 terrorçu ömürlük həbs cəzasına məhkum edilib. Daha bir terrorçuya 14 il iş kəsilib.

60
Teqlər:
deputatlar, parlamentin spikeri, Ermənistan parlamenti, qətl, məhkum, baş nazir, terrorçu
Əlaqədar
Daha dörd İŞİD terrorçusu yaxalandı
Tramp terrorçuya "dəli və axmaq" dedi, ortalıq qarışdı
Amerikalı terrorçu haqda yeni məlumatlar yayıldı
İsraildən açıqlama: "Biz PKK-nı terrorçu olaraq görürük, amma..."
DTX: Terrorçulara qoşulmuş azərbaycanlıların çoxu öldürülüb