ABŞ-a 11 dəqiqəlik şok yaşatdı: hər kəs o adamı axtarır

© AFP 2023 / Brendan SmialowskiVaşinqton Ağ Ev
Vaşinqton Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
"Hey, gizli qəhrəman, sən kimsən, Amerika sənə təşəkkür edir"

BAKI, 3 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp günə xoşagəlməz sürprizlə başlayıb. Sputnik xəbər verir ki, prezidentin "Twitter" sosial şəbəkəsindəki səhifəsi silinib.

11 dəqiqə ərzində yoxa çıxan səhifə, Amerikada ciddi müzakirələrə səbəb olub. Daha sonra bəlli olub ki, Trampın səhifəsini silən şəxs, "Twitter" şirkətində sonuncu iş gününə çıxan bir nəfər əməkdaşdır.

O, bunu səhvən elədiyini desə də, heç kəs ona inanmayıb. Kimliyi hələ də dəqiqləşməyən şirkət işçisinə amerikalıların çoxu təşəkkür edib.

"Hey, gizli qəhrəman, sən kimsən? Amerika sənə təşəkkür edir" — xalq sosial şəbəkədə yazıb.

Sputnik Azərbaycan "Telegraph"-a istinadən xəbər verir ki, ABŞ-ın tanınmış siyasətçilərindən olan Devid Coli də məsələyə münasibət bildirib: "O adama Nobel sülh mükafatı verilməlidir. Çünki dünya 11 dəqiqəliyinə də olsa Trampın nifrət dolu mesajlarını görməyib".

Artıq bir çox məşhur televiziyalar və xəbər agentlikləri geniş müsahibələr hazırlamaq üçün "Twitter"-in sözügedən əməkdaşını axtarır.

Xəbər lenti
0