Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Prezidentlərin Tehran görüşü başladı

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidTehran
Tehran - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putin təşkilatçılığa görə Həsən Ruhaniyə təşəkkür edib

BAKI, 1 noyabr — Sputnik. Tehranda Rusiya, Azərbaycan və İran prezidentlərinin iştirakı ilə üçtərəfli formatda danışıqlar başlayıb. Sputnik Azərbaycan bu barədə "Bloomberg"-ə istinadən xəbər verir. Görüşün yüksək səviyyədə keçirildiyini deyən İran prezidenti Həsən Ruhani, bölgədə sülhün və sabitliyin təmin olunmasında bu cür danışıqların mütəmadiliyini vacib sayıb.

Tehranın Moskva ilə münasibətlərinə toxunan Ruhani, Rusiya və İranın regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynadığını söyləyib.

"İkitərəfli əlaqələrdən başqa, ölkələrimizin regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynamasından çox məmnunuq" — İran rəhbəri bildirib.

Öz növbəsində Vladimir Putin təşkilatçılığa görə Həsən Ruhaniyə təşəkkür edib.

Xəbər lenti
0