Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şimali Koreyada nüvə faciəsi: 200 ölü

© REUTERS / Kim Hong-JiCənubi Koreya hərbçisi
Cənubi Koreya hərbçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəyə səbəb kimi mart ayında sınaqdan keçirilən nüvə silahı nəticəsində torpaq qatının zəifləməsi göstərilir

BAKI, 31 oktyabr — Sputnik. Şimali Koreyanın nüvə sınaqlarını keçirdiyi "Punggye" hərbi bazasında faciə baş verib.

Оxu.Az xəbər verir ki, nüvə silahı sınaqları zamanı sözügedən ərazidə yerləşən tunel çöküb. Nəticədə 200-ə yaxın insanın həlak olduğu deyilir.

Hadisə 20 gün sonra mediaya açıqlanıb. Xəbər agentlikləri çökmə nəticəsində 100-ə yaxın insanın da torpaq altında qaldığı bildirir.

Qeyd edək ki, hadisəyə səbəb kimi mart ayında sınaqdan keçirilən nüvə silahı nəticəsində torpaq qatının zəifləməsi göstərilir.

Xəbər lenti
0