Putinə sui-qəsd hazırlayan şəxsin arvadı öldürüldü

© Photo : UNİANƏminə Okuyeva
Əminə Okuyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Çeçen əsilli cütlük atəşə tutulub, qadın ölüb, kişi isə yaralanıb

BAKI, 31 oktyabr — Sputnik. Naməlum şəxslər Kiyev vilayətində Əminə Okuyevanın avtomobilini atəşə tutublar. Güllələrdən biri Okuyevanın başına dəyib və o, ölüb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko öz Facebook səhifəsində bildirib.

"Əminə Okuyevanın ürəyi indicə dayanıb. Onun avtomobili Kiyev vilayətinin Qlevax qəsəbəsindəki dəmiryol keçidi yaxınlığındakı kolluqdan atəşə tutulub. Əminə aldığı güllə yarasından keçinib. Adəm Osmayev isə yaralanıb, amma o, yaşayacaq. Mən onunla indicə telefonla danışmışam" — deyə Geraşenko bildirib.

Hadisə yerində polisin əməliyyat-istintaq qrupu işləyir.

Xatırladaq ki, bu, sözügedən cütlüyə qarşı ilk sui-qəsd deyil. İyunun 1-də Kiyevdə "Kiyev-2" batalyonunun könüllüsü, Rusiyada prezident Vladimir Putinə sui-qəsd hazırlamaqda günahlandırılan Adəm Osmayev və xanımı Əminə Okuyeva özünü fransalı jurnalist kimi təqdim edən şəxslə görüşə gediblər. Görüş zamanı "jurnalist" tapança çıxararaq Osmayevə hücum çəkib. Osmayevin yoldaşı Əminə tabel silahdan cavab atəşi açıb və hücum edən şəxsi yaralayıb.

İkinci cəhd isə Okuyevanın öldürülməsi, Osmayevanın isə yaralanması ilə nəticələnib. Ukrayna tərəfi, sui-qəsdin qabaqcadan planlaşdırıldığını və Rusiyanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığını bildirib.

Xəbər lenti
0