BAKI, 30 oktyabr — Sputnik. Dünən Türkiyədə Cümhuriyyət bayramı qeyd olunub. Bu səbəblə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, siyasət, idman, şou-biznes və digər sahələrdən olan məşhur şəxsləri öz iqamətgahında ziyafətə dəvət edib.
Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, tədbirdə olduqca maraqlı bir an yaşanıb. "Qalatasaray" futbol klubunun prezidenti Dursun Özbəyin kənarda siqaret çəkdiyini görən Ərdoğan, onun yanına yaxınlaşaraq, siqareti tərgitməsini xahiş edib.
Dursun Özbək dövlət başçısının sözünü yerə salmayıb və siqareti tərgidəcəyinə söz verib.
BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.
Loni Willison littering the trash again.https://t.co/3BpxiKh3Hf
— Maraaz.Com (@Maraazcom) January 15, 2021
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.
BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.
"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.
O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.