Отражение флага Евросоюза в окне одного из зданий в Брюсселе, фото из архива

Avropa İttifaqından müsəlman ölkələrinə zərbə

34
(Yenilənib 16:26 29.10.2017)
Aİ qaçqınları geri qəbul etməyən ölkələrin hakim elitasına viza verməyəcək

BAKI, 29 oktyabr — Sputnik. Avropa İttifaqı qaçqınları geri qəbul etməyən ölkələrə təzyiqi artırmaq barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasına istinadən Almaniyanın “Welt am Sonntag” qəzeti məlumat yayıb.

Avropa İttifaqı ərazisində sığınacaq verilməkdən imtina edilən miqrantların mənsub olduğu ölkələrin hakim elitası təzyiqə məruz qalacaq. Başqa sözlə, həmin ölkələrin hakim elitasına Şengen zonasına səfər etmək üçün viza almalarına icazə verilməyəcək.

Avropa İttifaqı ilk olaraq Banqladeşə qarşı bu mexanizmi tətbiq edib. Bir sıra Afrika və Asiya ölkələrinin vətəndaşları qeyri-qanuni olaraq əsasən Liviya və Aralıq dənizi üzərindən İtaliya başda olmaqla, Avropa ölkələrinə keçməyə çalışır. 

34