NATO-nun baş katibi Yens Stoltenberq

NATO Şimali Koreyaya raket zərbəsi endirməyə hazır olduğunu bəyan edib

66
Stoltenberq: "NATO KXDR-in raket hücumları zamanı əks-zərbə endirməyə hazırdır"

BAKI, 29 oktyabr — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın raket silahlarının yaratdığı mümkün təhlükəni şərh edib.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, o, NATO ölkələrinin də təhlükə altında olduğunu deyib.

"NATO ölkələri də təhlükə altındadır. NATO əks-zərbə vurmaq imkanlarına və qətiyyətinə malikdir" — deyə Stoltenberq bildirib.

Baş katib qeyd edib ki, KXDR-ə təzyiq vasitələrini unutmaq olmaz. O, xüsusilə Şimali Koreyaya qarşı iqtisadi sanksiyalara riayət etməyin vacib olduğunu xatırladıb.

66
Əlaqədar
Daha bir ölkə Şimali Koreya səfirini ölkədən çıxarır
Koreya yarımadasına görünməmiş sayda hərbçi toplanır
ABŞ hərbi təyyarələri Şimali Koreya sərhədlərinə yaxınlaşdı
Şimali Koreya səfiri ölkədən qovulur