Məsud Bərzani

Məsud Bərzani istefa verdi

321
Məsud Bərzani bölgəni 2005-ci ildən idarə edir

BAKI, 29 oktyabr — Sputnik. Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani noyabrın 1-də istefaya gedəcəyini bəyan edib.  

Sputnik Azərbaycan-ın Sözçü-yə istinadən verdiyi xəbərə görə, yeni lider seçilənədək muxtariyyət rəhbərinin səlahiyyətlərini bölgə hökuməti, parlamenti və məhkəmə instansiyaları birgə icra edəcəklər. 

Məsud Bərzani bölgəni 2005-ci ildən idarə edir. 

İraq ordusu kürdlərin nəzarətində olan ərazilərin bir hissəsini ələ keçirdikdən sonra yerli müxalifət Bərzaninin istefasını tələb edib.

321
Əlaqədar
Bərzani geri addım atdı: "Referendumun nəticələrini dondururuq"
Məsud Bərzani: "Artıq çox gecdir"
Kürdüstan lideri Məsud Bərzani PKK-nı sərt tənqid edib
Yerevana mənzərə, arxiv şəkli

Ermənistanda daha bir nazir istefa verib

2
Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub. Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

BAKI, 24 noyabr — Sputnik. Ermənistanda daha bir nazir istefa verib.

Sputnik Ermənistan-ın məlumatına görə, ölkənin iqtisadiyyat naziri Tiqran Xaçatryan bir gün qabaq istefa ərizəsi yazıb.

Qeyd edək ki, T. Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

2
Koronavirus testi, arxiv şəkli

Hansı amillər koronavirus testinin nəticəsinə təsir göstərə bilər?

13
"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", –  virusoloq xəbərdarlıq edir.

BAKI, 24 noyabr — Sputnik. Mütəxəssislər koronavirus üçün test verərkən yanılma riskini azaltmaq üçün hansı qaydalara riayət etmək lazım gəldiyini açıqlayıblar. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı məlumata görə, yüksək kateqoriyalı terapevt Tatyana Romanenko bildirib ki, koronavirus testini acqarına vermək və prosesdən əvvəl ağzı antiseptik məhlulla yaxalamaq lazımdır.

"Əgər burundan yaxma götürüləcəksə, bəzi qaydalara riayət etməyə ehtiyac var: yaxma burun keçidlərindən götürüldüyü üçün, məsələn, əgər pasiyent testdən əvvəl burnunu təmizləyibsə və ya yuyubsa, onda dəqiq nəticə əldə etmək mümkün deyil", – deyə mütəxəssis bildirib.

Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Qalina Kojevnikova isə qeyd edib ki, pasiyentin başqa davranışları da testin nəticəsinin səhv olmasına gətirib çıxara bilər.

"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", – deyə virusoloq xəbərdarlıq edib.

Biologiya elmləri doktoru, professor Aleksey Aqranovski isə bildirib ki, testin nəticəsinə nümunələrin özünün hazırlanma keyfiyyəti də təsir göstərə bilər.

13