Əfqanıstanda ABŞ-a aid helikopter vuruldu, 43 əsgər öldürüldü

© AFP 2023 / EMMANUEL DUNANDƏfqanıstan
Əfqanıstan - Sputnik Azərbaycan
Abunə olmaq
Loqar vilayətinin valisi Halim Fədai, helikopterin vurulmadığını, sadəcə qəza nəticəsində yerə düşdüyünü açıqlayıb

BAKI, 28 oktyabr — Sputnik. "Taliban" Əfqanıstanın Loqar vilayətində ABŞ-a məxsus "Apaçi" helikopteri vurduqlarını, nəticədə 43 amerikalı əsgərin öldüyünü açıqlayıb.

Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, məlumatı NATO da təsdiqləyib. Ancaq neçə əsgərin öldüyü, neçəsinin yaralandığı barədə xəbər verilməyib.

Loqar vilayətinin valisi Halim Fədai, helikopterin vurulmadığını, sadəcə qəza nəticəsində yerə düşdüyünü açıqlayıb. O, 1 əfqan əsgərinin yaralandığını bildirib.

Xəbər lenti
0