ABŞ-ın “Amazon” şirkətinin qurucusu Ceff Bezos

Dünyanın ən varlı adamı görün kim oldu, Bill Geyts geridə qaldı

680
(Yenilənib 20:02 28.10.2017)
Jurnalın məlumatına görə, Сeff Bezosun sərvəti 93,1 milyard dollara çatıb

BAKI, 28 oktyabr — Sputnik. ABŞ-ın “Amazon” şirkətinin qurucusu Ceff Bezos dünyanın ən varlı adamı seçilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Forbes” jurnalı məqalə dərc edib.

Məlumata əsasən, sahib olduğu səhmlərin dəyərinin artması Ceff Bezosun sərvətini 10 milyard artırıb. Şirkətin də səhmlərinin qiyməti 10%-dək yüksəlib. Beləliklə amerikalı milyarder, “Microsoft”un təsisçisi Bill Geytsi də üstələyib.

Jurnalın məlumatına görə, Сeff Bezosun sərvəti 93,1 milyard dollara çatıb.

Qeyd edək ki, “Amazon” dünyada İnternet vasitəsilə satışlar həyata keçirən ən irimiqyaslı portaldır.

680