Mülki avtomobil polis maşınını qəzaya uğratdı: ölən və yaralananlar var

© Photo : NTVİzmir şəhərinin Bornova rayonunda baş verən qəza
İzmir şəhərinin Bornova rayonunda baş verən qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralı polislər xəstəxanaya yerləşdiriliblər

BAKI, 27 oktyabr — Sputnik. Türkiyənin İzmir şəhərinin Bornova rayonunda, içərisində polis əməkdaşları olan avtomobil qəzaya düşüb. Hadisə nəticəsində 2 polis ölüb, 3-ü yaralanıb.

Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, sürücü idarəetməni itirərək avtomobili yolun kənarındakı beton dirəyə çırpıb. Hadisənin baş verməsinə səbəb kimi, polisləri daşıyan avtomobilin başqa bir mülki avtomobil tərəfindən sıxışdırılıması göstərilir.

Yaralı polislər xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, onların vəziyyəti ağırdır.

Xəbər lenti
0