Berlin

Almaniya Türkiyəni küncə sıxmağa hazırlaşır

34
(Yenilənib 19:02 26.10.2017)
Almaniyanın KfW dövlət bankı, Avropa İnvestisiya və Avropa Yenidənqurma və İnkişaf banklarının Türkiyədə iqtidara yaxın bank və şirkətlərə kredit ayırmayacağı iddia olunur

BAKI, 26 oktyabr — Sputnik. Almaniya Türkiyə üçün maliyyə mühasirəsi hazırlayır. Sputnik Azərbaycan "Yeşil Gazete"-yə istinadən xəbər verir ki, Türkiyə hökumətinə yaxın bank və şirkətlərin maliyyələşdirilməsinin azaldılması ilə bağlı işlər görülür.

Almaniyanın KfW dövlət bankı, Avropa İnvestisiya və Avropa Yenidənqurma və İnkişaf banklarının Türkiyədə iqtidara yaxın bank və şirkətlərə kredit ayırmayacağı iddia olunur.

"Bloomberg" agentliyinin yaydığı məlumata görə, formal olaraq adı çəkilən banklar maliyyələşməni dayandırmasa da, onlar sərt şərtlər və məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Oxşar addımların kommersiya bankları tərəfindən də atıldığı bildirilir.

34
Teqlər:
Avropa İnvestisiya bankı, Avropa Yenidənqurma və İnkişaf bankı, KfW bankı, Almaniya, Türkiyə
Əlaqədar
Prosineçki Almaniya ilə oyundan öncə iddialı danışdı
Azərbaycan Almaniyaya üstün gəldi
Azərbaycan futbol klubu almanlara təqdim edildi
Sabah Almaniya üçün həlledici gündür
Almaniya Türkiyədən nə istəyir?
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

2
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

2
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
İmza, arxiv şəkli

Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

8
Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın tam adaşı olan naziri Ermənistanda "supernazir" adlandırırdılar.

BAKI, 23 noyabr - Sputnik. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.

Sputnik Ermənistan-ın verdiyi xəbərə əsasən, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.

8
Teqlər:
nazir, Ermənistan, azad edilmə