Bərzani geri addım atdı: "Referendumun nəticələrini dondururuq"

© euroturknews.comMəsud Bərzani
Məsud Bərzani - Sputnik Azərbaycan
Abunə olmaq
"Məqsəd peşmərgə və İraq əsgərləri arasında silahlı insidentin qarşısını almaqdır"

BAKI, 25 oktyabr — Sputnik. İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətinin (KMV) rəhbərliyi, müstəqillik referendumu ilə bağlı geri addım atıb. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Kürdüstan rəhbərliyi rəsmi Bağdada müstəqillik referendumunun nəticələrini dondurmağı təklifi edib.

"Məqsəd peşmərgə və İraq əsgərləri arasında silahlı insidentin qarşısını almaqdır. Hər iki tərəfdən də itkilərin olması son nəticədə qanlı müharibəyə səbəb ola bilər" — KMV-nin yaydığı bəyanatda qeyd olunur.

Regional hökumətin başçısı Məsud Bərzani geri addım ataraq atəşkəsin təmin olunması və bütün hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. Qarşılığında referendum nəticələrini dondurmaq və mərkəzi hakimiyyətlə dialoqa başlamaq təklif edilir.

Xəbər lenti
0