Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əfqanıstandan şok açıqlama: bu ölkələr "Taliban"a silah və pul verir

© AFP 2023 / WAKIL KOHSARБоевики движения Талибан. Архивное фото
Боевики движения Талибан. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Mövzu ilə bağlı Rusiyadan açıqlama verilib

BAKI, 25 oktyabr — Sputnik. "Rusiya və Pakistan, “Taliban” hərəkatına silah və pul ötürür. Həmçinin başqa yollarla dəstək verir". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni Paktiya əyalətinə səfəri zamanı jurnalistlərə deyib.

Əşrəf Qəni, “Taliban”ı öz səhvini anlamağa və sivil siyasətə dönməyə çağırıb.

Mövzu ilə bağlı Rusiyadan açıqlama verilib. Xarici İşlər Nazirliyi Əfqanıstan dövlət başçısının dediklərini əsassız adlandırıb.

"Əfqanıstan prezidentinin açıqlaması həqiqəti əks etdirmir və qəbuledilməzdir" — nazirlikdən bildirilib.

Xəbər lenti
0