Ukrayna Prezidenti Pyotr Poroşenko

Saakaşvilinin "yıxmaq" istədiyi prezident sərt danışdı

31
(Yenilənib 17:28 24.10.2017)
Poroşenko mövqeyini ortaya qoydu

BAKI, 24 oktyabr — Sputnik. "Ukraynada növbədənkənar seçkilər keçirilməyəcək". Sputnik Azərbaycan "Korrespondent"-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko, hökumətin iclası zamanı deyib.

"Prezident və Ali Radaya seçkilərə, təqribən 1 il vaxt qalıb. Ancaq dediyim kimi, növbədənkənar, erkən seçkilər olmayacaq" — Poroşenko vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları Ali Rada yaxınlığında etiraz aksiyası keçirərək, seçki qanunvericiliyinin dəyişdirilməsini və Antikorrupsiya Məhkəməsinin yaradılmasını tələb ediblər. Nümayişçilər erkən seçki keçirilməsini istəyiblər.

31
Teqlər:
növbədənkənar seçkilər, Mixail Saakaşvili, Pyotr Poroşenko, Ukrayna
Əlaqədar
Poroşenkodan Rusiya etirafı
Poroşenkodan Putini qəzəbləndirəcək açıqlama
Saakaşvilidən Poroşenkoya "dələduz" ittihamı
Pyotr Poroşenko: "Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır"
Pyotr Poroşenko Azərbaycana səfərə gəlib