Türkiyənin Samsun şəhərində bəyin adamları gəlinin 11 qohumunu möhkəm döyüblər

Gəlin öz toyunda döyüldü: bilirsiniz nəyin üstündə?

867
(Yenilənib 14:28 23.10.2017)
Bəyin adamları gəlinin 11 qohumunu möhkəm döyüb

BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin Samsun şəhərində ağlasığmaz hadisə baş verib. Gəlin öz toyunda döyülüb.

Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, bəy tərəfinin adamları gəlini evindən götürərək toyun keçiriləcəyi restorana gətiriblər. Bəy və gəlin zala girəndən sonra, qızıl taxma mərasimi başlayıb. Qız tərəfi gəlinə taxılan qır-qızılın özlərində qalacağını söyləyib. Oğlan tərəfi isə bununla razılaşmayıb. Dava da məhz bu zəmində yaşanıb.

Bəyin adamları gəlinin 11 qohumunu möhkəm döyüblər. Hadisədə gəlin özü də xəsarət alıb və xəstəxanaya aparılıb. Polis toya müdaxilə etmək məcburiyyətində qalıb, çoxlu sayda insan həbs olunub.

867
Teqlər:
bəy, gəlin, toy, Türkiyə
Əlaqədar
Məhərrəm və Səfər aylarında toy qadağası — Rəsmi
Toyda kütləvi dava: Qız evi bəyin qardaşlarını xəstəxanalıq etdi
Lənkəranda toyda kütləvi dava olub, xəsarət alanlar var
Qohumlar toyda dalaşdılar: qayın yeznəni döydü
Toyda baş verən zəhərlənmənin ilginc səbəbi: niyə məhz qız evi...
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

81
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

81
Beyrutdakı partlayışda

Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı

27
(Yenilənib 23:19 05.08.2020)
Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

BAKI, 5 avqust — Sputnik. Baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

27