Erməni əsgərinin papağı

Ermənistan hərbçisi xidmət yoldaşını güllələyib

15
(Yenilənib 00:42 21.10.2017)
Hərbi qulluqçu Aram Xaçaturyan xidmət yoldaşı David Harutunyanı avtomatla başından güllələyib

BAKI, 20 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin hərbçisi öz xidmət yoldaşını güllələyib. Sputnik Azərbaycan-ın məlumatına görə, Dağlıq Qarabağda Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda hərbi qulluqçular arasında münaqişə baş verib.

Mübahisə zamanı qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan xidmət yoldaşı David Harutunyanı avtomatla başından güllələyib. Xəstəxanaya aparılarkən ağır yaralanmış hərbi qulluqçu D.Harutunyan yolda ölüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

15
Əlaqədar
Suriyada Türkiyə hərbçilərinin ilk görüntüləri yayıldı
Azərbaycan hərbçiləri söz verdilər: "Bu bölgənin müdafiəsində ayıq-sayıq dayanacağıq"
İŞİD əsir götürdüyü rus hərbçilərin dəhşətli videosunu yaydı
Qazaxıstanlı yüksək rütbəli hərbçidən Xəzərdə müharibə anonsu