“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovun seçki qərargahı

Gürcüstanda azərbaycanlı siyasətçi niyə güllələndi - Təfərrüatlar

595
(Yenilənib 00:41 21.10.2017)
Sakinlər atəş açanın piyada olduğunu, hadisəni törətdikdən sonra dəmir yolu istiqamətində aradan çıxdığını ehtimal edir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Xəbər verildiyi kimi, Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.

Sputnik Azərbaycan-ın məlumatın görə, hadisə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovun seçki qərargahının çadırında olub. Sakinlərin sözlərinə əsasən, avtomat silahdan atəş açılıb. Əvvəlcə nişan alınaraq tək atəşlə namizəd və daha bir nəfər vurulub. Sonra cinayətkar silahı avtomatik rejimə qoyaraq hər tərəfə atəş açıb.

Yaralıların qohumları Marneuli şəhər xəstəxanasının qarşısında
© Sputnik / Ilham Mustafa
Yaralıların qohumları Marneuli şəhər xəstəxanasının qarşısında. 20 oktyabr 2017-ci il

Hadisəni törədən şəxs atəş açdıqdan sonra avtomatı hadisə yerində ataraq aradan çıxıb. Qərargahın yanından dəmir yol xətti keçir. Sakinlər atəş açanın piyada olduğunu, hadisəni törətdikdən sonra dəmir yolu istiqamətində aradan çıxdığını ehtimal edir. 

Hadisə nəticəsində 5 nəfər yaralanıb. Onlardan ikisi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İki nəfərin vəziyyəti orta ağırdır. Onların həyatına təhlükə olmadığı bildirilir. Yaralılardan vəziyyəti ən ağır olan Ceyhun Çovdarovdur. O, qarnından iki güllə yarası alıb. Həkimlər onun gələn həftənin birinci gününədək reanimasiyada saxlanılacağını deyir.

Hadisə nəticəsində ağır yaralanan Ceyhun Çovdarovun təbliğat plakatı
© Sputnik / Ilham Mustafa
Hadisə nəticəsində ağır yaralanan Ceyhun Çovdarovun təbliğat plakatı

Hazırda əhali xəstəxananın qabağına toplaşıb.

Ceyhun Çovdarovun qohumları hadisənin şəxsi qərəz zəminində törədilmə ehtimalının mümkünsüzlüyünü deyirlər. Onların sözlərinə görə, Ceyhungilin ailəsi kənddə heç kimlə ədavəti olmayan, sakit bir ailədir.

"Hər gün tək Tbilisiyə gedib gəlir. Şəxsi qərəz olsa, yolda vursunlar, evdə vursunlar. Daha niyə qərargahda ondan başqa 4 nəfəri də güllələsinlər? Bu seçkini pozmaq üçün törədilən bir hadisədir" — deyə Ceyhun Çovdarovun yaxın qohumu Yaşar adlı şəxs bildirir. 

Onu da bildirək ki, Ceyhun Çovdarov sabahkı seçkilərdə yenə namizəd kimi iştirak edəcək.

Yaralananlardan Vuqar Bayramovun atası, Qızılhacılı bələdiyyəsinin sədri İsmayıl Bayramov hadisənin nə səbəbdən törədilməsi barədə məlumatsız olduqlarını, heç bir ehtimallarının olmadığını deyir.

595
Əlaqədar
Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələndi
Gürcüstanda azərbaycanlılarla bağlı ciddi proseslər baş verir
İlham Əliyev Gürcüstanda baş verənlərlə bağlı tapşırıq verib
Gürcüstanda növbəti yanğın, Azərbaycan yardıma yetişdi
Avtomobil tıxacı, arxiv şəkli

Bakı tıxaclarına necə dərman olardı yeniliyi məmurlara təqdim elədilər - VİDEO

21
Mütəxəssislərin fikrincə, sosial məsafənin qorunması tələb olunan bir zamanda uçan taksinin adi taksilərdən üstünlüyü şübhəsizdir

BAKI, 3 avqust — Sputnik. Airbus ötən həftə ilk dəfə CityAirbus (uçan taksi) kimi tanınan eVTOL təyyarəsini Bavariyada dövlət işçiləri və jurnalistlərə təqdim edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Travel and Leisure yazıb.

“Uçan taksi” dörd sərnişini  100 km məsafəyə 120 km/saat sürətlə daşıya bilir. eVTOL məsafədən idarə olunur və elektrik enerjisi ilə işləyir.

​Onun yaradıcıları ümid edirlər ki, gələcəkdə böyük şəhərlərdə tıxaclardan qurtulmaqda bu taksilərin rolu böyük olacaq. Hər nəqliyyat vasitəsinin dörd propelleri var. Uçan taksiyə sürücü gərək deyil. Mütəxəssislərin fikrincə, sosial məsafənin qorunması tələb olunan bir zamanda uçan taksinin adi taksilərdən üstünlüyü şübhəsizdir. Əlavə olaraq, uçan taksi, demək olar ki, səssizdir.

Uçan taksini ilk dəfə elə Almaniyada, ötən ilin dekabrında test ediblər. Onun nə vaxt kütəvi istifadəyə veriləcəyi isə hələ bilinmir.

 

21
 Ciyərin rentgeni, arxiv şəkli

Şar üfürmək olmaz pulmonoloq ciyərlərin bərpasından danışır

99
(Yenilənib 23:01 03.08.2020)
Иronxların “dezinfeksiyası” üçün yağlı inhalyasiyalar etməyə gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər

BAKI, 3 avqust — Sputnik. Koronavirusdan sonra ciyərləri bərpa etməyin bir neçə yolu var, amma internetdə dərc olunmuş bəzi məsləhətlər təhlükəli ola bilər.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, bunu Sankt-Peterburqun 2 saylı çoxprofilli xəstəxanasının pulmonoloqu İrina Kroşkina deyib.

Onun sözlərinə görə, xəstəlikdən sağalandan sonra şar üfürmək olmaz, çünki bu, ağciyərləri gücə salır. Ağciyər toxuması zəifləmiş olduğundan pnevmotoraks (havanın plevra boşluğunda yığılması, ağciyərin tam və ya qismən kollapsına səbəb olur) əmələ gələ bilər. Həmçinin bronxların “dezinfeksiyası” üçün yağlı inhalyasiyalar etməyə də gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər (ağciyər alveollarının iltihablaşması ilə fibroz əmələ gəlməsinə meyllilik).

“Tibbi ədəbiyyatda “yağlı pnevmoniyalar” təsvir olunub, bunlar, yeri gəlmişkən, çox ağır keçirilir. Nəfəs yollarına havadan başqa heç nə keçməməlidir”, - pulmonoloq qeyd edib.

O, ağciyərlərin bərpasında müsbət nəticə verə biləcək metodları açıqlayıb. Həkimin sözlərinə görə, rahat templə piyada gəzmək çox xeyirdir. Bu zaman çubuqdan (əsadan) da istifadə etmək olar. Tədricən isə həm yerişin intensivliyini artırmaq, həm də marşrutu uzatmaq gərəkdir. Həmçinin saman çöpü ilə suyun üzərinə üfürmək olar: “Ləng surətdə hava alın, dördəcən sayıb nəfəsinizi saman çöpüylə verin – nəfəs verməyiniz almağınızdan 1,5 dəfə uzun olmalıdır, yəni nəfəs verərkən 6-dək saymaq lazımdır”. 

 

99
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirus öləcək: maskanı benzinə batırın...
COVID-19-dan sağalanlara iki vitamin məsləhət gördülər
Koronavirusu spreylə dayandıracaqlar
Əvvəl risk qrupundakılar, sonra isə hamı - kütləvi peyvəndin başlama tarixi uzaqda deyil
Ağciyəri təmizləməyin ən yaxşı 7 üsulu

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

0
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

0