"Könüllülər" polisə basqın etdilər

© REUTERS / StringerKərkük, 16 oktyabr 2017-ci il
Kərkük, 16 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Kürdüstan Muxtar Vilayətinin sentyabrın 25-də müstəqillik referendumu keçirməsindən sonra İraqda vəziyyət gərginləşib

BAKI, 20 oktyabr — Sputnik. İraq ordusunun nəzarətində olan Kərkükdə polis bölməsinə silahlı hücum edilib. Sputnik Azərbaycan "Karar"-a istinadən xəbər verir ki, hadisədə bir polis ölüb, 4-ü yaralanıb.

Məlumata görə, hücumu reallaşdıranlar "könüllü" kürd döyüşçüləri olub.

Xatırladaq ki, ölkənin şimalındakı Kürdüstan Muxtar Vilayətinin sentyabrın 25-də müstəqillik referendumu keçirməsindən sonra İraqda vəziyyət gərginləşib. Son olaraq, mərkəzi hökumətə bağlı ordu birlikləri peşmərgənin nəzarətində olan bir neçə şəhərə, o cümlədən Kərkükə nəzarəti bərpa edib.

Xəbər lenti
0