"O Səs"-də şok hadisə: ər müğənni arvadını güllələdi

Abunə olmaq
Cinayətkar ər daha sonra özünü öldürüb

BAKI, 20 oktyabr — Sputnik. Dünyanın bir çox ölkəsində yayımlanan "O Səs" mahnı yarışmasının Kamboca versiyasında bədbəxt hadisə yaşanıb. Müsabiqədə iştirak edən və böyük tamaşaçı kütləsi toplayan, finala qədər irəliləyən 23 yaşlı qadın San Sreylai silahlı hücuma məruz qalıb.

© Photo : News.com.auSan Sreylai
San Sreylai - Sputnik Azərbaycan
San Sreylai

Paytaxt Pnompendə baş verən hadisədə San Sreylai keçmiş əri tərəfindən odlu silahla qətlə yetirilib. Cinayətkar ər daha sonra özünü öldürüb.

Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, qatilin 53 yaşlı Çey Rin olduğu müəyyən edilib. Keçən il müsabiqədə finala qədər çıxan müğənni ərindən boşanıb. Cütlük arasındakı münasibətlərin əvvəldən yaxşı olmadığı bildirilib.

Xəbər lenti
0