Fransada "Paris Azərbaycan Evi"nin 25 illik yubileyi qeyd edilib

© Paris Azərbaycan EviFransada "Paris Azərbaycan Evi"nin 25 illik yubileyi qeyd edilib
Fransada Paris Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev "Paris Azərbaycan Evi"nin bu günədək əldə etdiyi uğurları alqışlayıb

BAKI, 20 oktyabr — Sputnik. Fransanın paytaxtında "Paris Azərbaycan Evi"nin 25 illiyi qeyd edilib.

Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Fransanın bir sıra siyasət, mədəniyyət, incəsənət xadimləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, "Paris Azərbaycan Evi"nin Prezidenti Mirvari Fətəliyeva qeyd edib ki, “Paris Azərbaycan Evi”nin əsas məqsədi ölkəmizi Fransada tanıtmaq, burada Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməkdir. “Paris Azərbaycan Evi” eyni zamanda burada yaşayan həmvətənlərimizi bir araya gətirir, onları bir cəmiyyət ətrafında birləşdirir və yardım göstərmək üçün əlindən gələni əsirgəmir.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev "Paris Azərbaycan Evi"nin bu günədək əldə etdiyi uğurları alqışlayıb. O, bildirib ki, "Paris Azərbaycan Evi"nin layihələri, habelə Qarabağın işğalı ilə bağlı həqiqətlərin Fransa ictimaiyyətinə çardırılması, Azərbaycanın mədəniyyətinin, incəsənətinin Fransada tanıdılması sahəsindəki uğurlu fəaliyyətləri respublikamızın Fransadakı səfirliyi tərəfindən dəstəklənib və bundan sonra da dəstəklənəcək.

Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel "Paris Azərbaycan Evi"ni 25 illiyi münasibətilə təbrik edib və Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri barədə ətraflı məlumat verib.

Tədbirin bədii hissəsində istedadlı musiqiçilərimiz Azərbaycanın klassik musiqisindən ibarət repertuarları ilə çıxış ediblər.

Xəbər lenti
0