Самолет, фото из архива

Türkiyədən Azərbaycan aviaşirkətinə qadağa: Hava məkanımızdan keçmə!!!

2283
(Yenilənib 17:48 19.10.2017)
Türkiyə 29 sentyabr saat 18:00-dan Ərbil və Süleymaniyyəyə uçuşları dayandırıb

BAKI, 19 oktyabr — Sputnik. Türkiyə Milli Təhlükəsizlik Şurasında qəbul olunan qərar əsasında Şimali İraq ərazisinə tətbiq olunacaq uçuş qadağası üçün Azərbaycana xəbərdarlıq sənədi göndərib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla bildirir ki, sənəddə humanitar yardım, təcili tibbi yardım maşını və təcili uçuşlar istisna olmaqla, ORSU (Süleymaniyyə) və ORER (Ərbil) Hava Limanlarına gedən və gələn bütün təyyarə şirkətlərinin (ehtiyat olsa belə) ikinci bir qərara qədər Türkiyə hava məkanından istifadə etmələri qadağan olunduğu bildirilir.

Qeyd edək ki, qadağa Türkiyənin hava məkanından istifadə edən 9 xarici hava yolu şirkətinə tətbiq edilib.

Türk hava sahəsini istifadə edərək Ərbil və Süleymaniyyəyə gedən hava yolu şirkətləri Germania Airlines (Almaniya), Lufthansa Airlines (Almaniya), Yanair (Ukrayna), Austria Airlines (Avstriya), Qatar Airlines (Qətər), Silkway Airlines (Azərbaycan), Ascot Air Transport (İngiltərə), Reach American Askeri Hava Taşımacılık (ABŞ), Samara Airlines (Rusiya)-dır.

Xatırladaq ki, Türkiyə 29 sentyabr saat 18:00-dan Ərbil və Süleymaniyyəyə uçuşları dayandırıb.

2283
Əlaqədar
Ermənistanın pilotsuz uçuş aparatından Azərbaycan ərazisinə atəş açıldı
Ermənistanın uçuş aparatı məhv edildi
Ermənistan silahlı qüvvələrinin pilotsuz uçuş aparatı ələ keçirilib
Ermənistanın pilotsuz uçuş aparatı vuruldu
Yerli istehsal pilotsuz uçuş aparatlarının döyüş imkanları nümayiş olunub