Lexus

Altı nəfərin ölüm anı kameraya belə düşdü

948
(Yenilənib 16:32 19.10.2017)
Son iki ildə bu sürücü yol hərəkəti qaydalarını pozduğuna görə 8 dəfə saxlanılıb

BAKI, 19 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Ukraynanın Xarkov şəhərində bir sürücü avtomobili insanların üzərinə sürüb. Sputnik xəbər verir ki, hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib, 5 nəfər yaralanıb. Hadisə şəhərin "Sumskaya" küçəsində baş verib.

Ukraynanın Daxili İşlər Nazirliyinin idarə heyətinin üzvü, Ukrayna Ali Radasının deputatı Anton Qeraşenko öz "Facebook" səhifəsində sözügedən avtomobil qəzasının videogörüntüsünü paylaşıb. Videogörüntüdə vətəndaşların piyada zolağında dayanıb, yolu keçmək üçün fürsət gözlədiyi görüntülənib. Bu an yüksək sürətlə idarə edilən avtomobil onlara çırpılır və divara dəyəndən sonra aşır.

"Son iki ildə bu sürücü yol hərəkəti qaydalarını pozduğuna görə, 8 dəfə Xarkov polisi tərəfindən saxlanılıb. Bu qayda pozuntuları arasında qırmızı işıq və parketmə qaydalarını pozma da yer alır. Hər dəfə ona 255-510 qrivni (15-30 manat — red.) cərimə edilib. Ancaq göründüyü kimi, bu cərimələrdən heç bir nəticə çıxarmayıb" — millət vəkili öz səhifəsində belə yazıb.

Qeyd edək ki, avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü qadındır. O saxlanılıb.

948
Teqlər:
Anton Qeraşenko, Xarkov şəhəri, Ukrayna, sürücü, avtomobil
Əlaqədar
Bir qadın 6 nəfəri öldürdü, 5 nəfərə xəsarət yetirdi
Salyandakı tükürpədici hadisənin təfərrüatı
Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib
Bakıda yolda aparılan təmir işləri yol qəzasına səbəb oldu
Laboratoriya işçisi, arxiv şəkli

Koronavirusla mübarizədə yeni üsul - şüa terapiyası

3
(Yenilənib 23:07 14.08.2020)
Rusiya alimlərinin fikrincə isə bu müalicə forması heyvanlar üzərində sınandıqdan sonra istifadə edilə bilər.

BAKI, 15 avqust — Sputnik. Alimlər koronavirusun müalicəsi üçün yeni üsul təklif ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər koronavirusu müalicə etmək üçün şüalanmadan istifadə etməyi təklif edirlər.

Məlumata görə, müalicə üsulunu eyni zamanda bir çox ölkələrin elmi kollektivləri təklif edib. Söhbət şüalanma terapiyasından gedir.

Məsələn, Kanadanın Xərçəng Mərkəzinin Tibbi Fizika şöbəsinin mütəxəssisləri müəyyən ediblər ki, aşağı dozalı rentgen şüaları pnevmoniyadan ölüm riskini 20 faiz azaldır.

Eyni zamanda bu terapiya üsulu sətəlcəmin ən kəskin dövründə ölüm hallarını iki dəfə azalda bilər.

Artıq bu metodika ABŞ-da sınaqdan keçirilib.

Araşdırmada iştirak edən 10 xəstə 12 gün əvəzinə 3 günə sağala bilib, bununla yanaşı, xəstəxanadan çıxma müddəti 20 gündən 12 günə düşüb.

Eyni zamanda, Amerika radioloqları bu müalicənin əks-təsirləri haqqında məqalə hazırlayıblar. Onların fikrincə, şüa terapiyası yalnız iltihabı azaldır, həm də koronavirusla mübarizə üçün lazım olan immun hüceyrələri öldürür.

Rusiya alimlərinin fikrincə isə bu müalicə forması heyvanlar üzərində sınandıqdan sonra istifadə edilə bilər.

"COVID-19 zamanı ağciyər toxumalarının bərpası pozulur. Radiasiya terapiyası bu prosesi yalnız ağırlaşdıra bilər. Ağciyərlərin fibrozlaşması yalnız şiddətlənər", - deyə professor Qalina Reva bildirib.

Onun sözlərinə görə, alimlər hələ də koronavirus infeksiyası barədə çox məlumatlı deyillər. Bu səbəbdən də insan bədənini sınaq meydanına çevirmək yolverilməzdir.

3
Teqlər:
müalicə, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ABŞ koronavirus istehsalına başlayıb – peyvənd olanlara vurulacaq
Koronavirusa yoluxanların sayı 21 milyona yaxınlaşır
Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata
Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu
ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib
Aktrisa Leoni Hemsvort oğlu Kris Hemsvortla birgə, arxiv şəkli

Aktyor Kris Hemsvortun altmış yaşlı anasının gəncliyi gözəlliyi hər kəsi şoka salıb

7
(Yenilənib 22:48 14.08.2020)
Fotomodel və aktrisa olan Elsa Pataki qaynanası Leoninin ciddi qidalanma rejimi sayəsində 30 il daha gənc göründüyünü bildirib

BAKI, 15 avqust — Sputnik. Aktyor Kris Hemsvortun "əbədi gənc" hesab olunan 60 yaşlı anasının gözəlliyinin sirri açılıb. Aktyorun həyat yoldaşı Elsa Patakinin (Elsa Pataky) qaynanası ilə bağlı fikirləri Britaniyanın Daily Mail tabloidində yer alıb.

Fotomodel və aktrisa olan Elsa Pataki qaynanası Leoninin ciddi qidalanma rejimi sayəsində 30 il daha gənc göründüyünü izah edib. "O, bizim bildiyimiz ciddi intervalla aclıq prinsiplərinə riayət etməyə başlayan ilk adam idi. Və Leoni möhtəşəm görünür. Onun 60 yaşı var, lakin ildən-ilə daha da gözəlləşir", - deyə Pataki bildirib.

Leoni bu rejimə həftədə bir gün yeməkdən başlayıb. Sonra o, hər gün 15-16 saat ərzində qidadan uzaq durmağa başlayıb.

Leoni Hemsvortun zahiri görünüşü aktyorun pərəstişkarlarını heyran edib. Kris may ayında Analar Günündə anası ilə çəkdirdiyi şəklini paylaşıb. Şəkli şərh edənlər Leoninin zahiri görünüşünə təriflər yağdırıblar. Hətta qeyd ediblər ki, Leoni sanki Krisin anası yox, bacısıdır.

Daha əvvəl media 56 il aktyor sənəti və ingilis dili üzrə müəllim işləmiş 81 yaşlı London sakininin gənc və gözəl görünüşünün sirrini açmağa çalışmışdı. Qadın bildirmişdi ki, aktiv həyat tərzi keçirir, gündəlik meditasiya edir və cavanlaşdırıcı kremlərdən istifadə edir.

7
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan
Bədən tərbiyəsi müəllimi arıqlamağın sadə yolunu öyrədib
Dünya şöhrətli model: "Özümü faydasız hiss edirəm"
Türkiyəli məşhur aktrisadan nümunəvi addım

Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi

0
"Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər"

BAKI, 15 avqust - Sputnik. “Dünya üzrə koronavirusa yoluxma sayı 21 milyondan çoxdur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Azərbaycanda son günlər ərzində rəqəmlərdəki müsbət dinamika hər birimizi sevindirir. Bu rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışı və karantin qaydalarına əməl etməsi nəticəsində əldə olunub. Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər”, - o bildirib.

0