Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın

Türkiyədən "Viza böhranı" açıqlaması

47
(Yenilənib 18:49 18.10.2017)
Kalının sözlərinə görə, ABŞ-la viza böhranı ilə bağlı danışıqlar davam edir

BAKI, 18 oktyabr — Sputnik. "Amerika ilə Türkiyə arasında viza böhranı tezliklə həll ediləcək”. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın dövlət telekanalına açıqlamasında deyib.

Kalının sözlərinə görə, ABŞ-la viza böhranı ilə bağlı danışıqlar davam edir: "Danışıqlar müsbət sonluğa doğru irəliləyir. Məsələ ilə bağlı detallar bir neçə günə qətiləşəcək. Ona görə də yaxın zamanda viza probleminin həll ediləcəyinə inanıram. Biz bu işin həllinin tərəfdarıyıq. Ancaq Ankaraya gələn heyətə məsələni başa çatdırmaq üçün səlahiyyət verilməyib. Onlar bizim fikrimizi Vaşinqtona məruzə edəcəklər”.

Xatırladaq ki, Birləşmiş Ştatların İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz Fətullah Gülən şəbəkəsi ilə təmaslarda şübhəli bilinərək tutulmuşdu. O, saxlanılandan sonra Vaşinqton Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmışdı. Buna cavab olaraq rəsmi Ankara da ABŞ vətəndaşlarına viza verilməsini tam məhdudlaşdırmışdı.

İki ölkə arasında diplomatik böhrana səbəb olan M.Topuz, həyat yoldaşı və qızı ötən gün azadlığa buraxılıb.

47
Əlaqədar
Rəsmi Ankara: Türkiyə və ABŞ viza böhranın həlli üçün birgə çalışacaq
Bu da viza qadağasının ilk "qurbanları"
Azərbaycanda 3 saat ərzində viza almaq mümkün olacaq
ABŞ Rusiya vətəndaşlarına viza verilməsini dayandırır
Azərbaycan viza prosedurunu sadələşdirir