İspaniyanın Kataloniya bölgəsində on minlərlə insan, siyasi həbslərə etiraz etmək üçün mitinq keçirir

On minlərlə adam küçələrə axışdı

11
(Yenilənib 17:13 18.10.2017)
İspaniya dövləti ölkənin şimal-şərqindəki Kataloniya bölgəsində oktyabrın 1-də keçirilən referendum nəticələrini tanımır

BAKI, 18 oktyabr — Sputnik. İspaniyanın Kataloniya bölgəsində on minlərlə insan, siyasi həbslərə etiraz etmək üçün mitinq keçirir. Onlar Kataloniya muxtar vilayətində müstəqillik referendumunun təşkilində önəmli rol oynayan Jordi Sançes və Jordi Kuişartanın azadlığa buraxılmasını tələb edirlər.

Sputnik Azərbaycan "News24"-ə istinadən xəbər verir ki, Barselona şəhərinin mərkəzi meydanına toplaşan 200 min katalan Madrid hökuməti əleyhinə şüarlar səsləndirib.

Qeyd edək ki, İspaniya dövləti ölkənin şimal-şərqindəki Kataloniya bölgəsində oktyabrın 1-də keçirilən referendum nəticələrini tanımır.

11
Əlaqədar
Kataloniya geriyə addım atdı
Rusiyadan "Kataloniya" açıqlaması
Kataloniya taleyini müəyyən etdi
Kataloniya heç nəyə baxmayaraq bu addımı atdı
İspaniyanın Kataloniya bölgəsində gözlənilən oldu