İstefa ərizəsi

Nazir istefaya getdi

789
(Yenilənib 16:04 18.10.2017)
"Düşünürəm ki, artıq bu işə davam edə bilmərəm, çünki ortada ciddi mənfi nəticə var"

BAKI, 18 oktyabr — Sputnik. Portuqaliyanın daxili işlər naziri Konstansa Urbano istefa verib. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, onun istefaya getməsinə səbəb, vaxtında söndürülə bilməyən meşə yanğınlarıdır. Son məlumatlara görə, yanğınlar səbəbilə 100-dən artıq insan dünyasını dəyişib.

"Düşünürəm ki, artıq bu işə davam edə bilmərəm, çünki ortada ciddi mənfi nəticə var" — deyən nazir istefa ərizəsində yazıb.

Xatırladaq ki, son dörd ayda Portuqaliyada baş verən yanğınlarda ölənlərin sayı 100-ü keçib. Minlərlə insan yaşadıqları evlərdən təxliyyə edilib.

789
Teqlər:
Konstansa Urbano, Portuqaliya, daxili işlər naziri, istefa, yanğın
Əlaqədar
Meşə yanğını sürətlə yayılır, ölənlər və itkin düşənlər var
Azərbaycanda məşhur şirkət yanır - VİDEO
Meşə yanğınlarında yaralananlar var