Viza

ABŞ son şərtlərini açıqladı, Türkiyə rədd etdi

451
(Yenilənib 14:38 18.10.2017)
Rəsmi Ankara Vaşinqtonun şərtlərini qəbul etməyəcək

BAKI, 18 oktyabr — Sputnik. ABŞ-la Türkiyə arasında viza böhranı davam edir. Viza məsələsinin həlli üçün Vaşinqton Ankara qarşısında 4 şərt irəli sürüb. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən həmin şərtləri sadalayır:

1. İki həftə əvvəl həbs edilən, səfirlik əməkdaşı Metin Topuz və Mete C. ilə bağlı dəlillər ABŞ-a təqdim edilməlidir.

2. Konsulluq əməkdaşlarına dair araşdırma haqda ABŞ-a məlumat verilməlidir.

3. Terror təşkilatı ilə iddia olunan təmaslarının ABŞ-ın istəyinə uyğun olub-olmadığı dəqiqləşdirilməlidir.

4. Konsulluq əməkdaşları ABŞ-ın istəyi ilə təmaslar qurubsa, həbs olunmamalıdır.

Buna qarşılıq olaraq Türkiyə hökuməti heç bir şərtin qəbul edilməyəcəyini bəyan edib. "Heç bir ilkin şərti qəbul etmirik, ABŞ-la müzakirələr şərt olmadan başlamalıdır" — rəsmi Ankara bildirib.

451
Teqlər:
viza böhranı, şərt, konsulluq, Ankara, Vaşinqton, Türkiyə, ABŞ
Əlaqədar
ABŞ Türkiyə ilə çəkişmədə geri addım atdı
"ABŞ Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb"
Rəsmi Ankara: Türkiyə və ABŞ viza böhranın həlli üçün birgə çalışacaq
ABŞ nümayəndə heyəti Türkiyəyə gəlir
Şahinoğlu: “Azərbaycan istəməz ki, ABŞ-Türkiyə münasibətləri gərginləşsin”
ABŞ-Türkiyə gərginliyində yeni gəlişmə