BAKI, 17 oktyabr — Sputnik. Kərkük şəhərini cəmi 15 saata kürd silahlı dəstələrindən geri alan İraq ordusu, bu dəfə daha bir strateji şəhəri peşmərgədən azad edib. Kürdüstan Muxtar vilayətinin lideri Məsud Bərzaniyə sadiq ordu birlikləri bu dəfə yezidilərin yaşadığı şəhər olan Sincarı İraq əsgərlərinə təslim edərək qaçıb.
Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Sincar əhalisi İraq ordusu və “Həşdi Şabi”yə bağlı yerli qruplaşmaların şəhərə girdiyini bildirir. Ordunun şəhəri tam nəzarətə keçirdiyi qeyd olunur.
BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.
Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:
“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.
Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.
BAKI, 17 yanvar - Sputnik. Fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlimlər keçiriləcək.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Qış-2021 Türkiyə-Azərbaycan Taboru Kombinə Edilmiş Birgə Vəzifə Gücü Təlimi"nə qatılacaq azərbaycanlı hərbçilər artıq Qarsa gediblər.
“Qarabağda Ermənistan Ordusuna qarşı böyük bir qələbə qazanan qardaşlarımızı qürurla qarşılayırıq. "Bir millət, iki dövlət" anlayışımızla "bir ürək, bir bilək, bir yumruq" kimi birləşərək, fəaliyyətlərimizə davam edəcəyik!” - deyə məlumatda bildirilib.
BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.
Əlavə məlumat veriləcək.