Robot, arxiv şəkli

"O, insandan həm ağıllıdır, həm duyğuları yoxdur - ondan qorxmalıyıq"

50
(Yenilənib 16:13 16.10.2017)
Morqan Friman: "İnsan təbiəti balans tələb edir, Allah var, amma şeytan da var"

BAKI, 16 oktyabr — Sputnik. 40 gündə 10 ölkə gəzərək "Morqan Friman ilə bizim hekayəmiz" sənədli filmini çəkən, "Oskar" mükafatlı aktyor Morqan Friman, Türkiyənin "Habertürk" qəzetinə müsahibə verib. Sputnik Azərbaycan xəbər verir ki, 80 yaşlı amerikalı əfsanə, həyatı və yaşayış tərzi barədə maraqlı fikirlər səsləndirib.

Morqan Friman
© AP Photo / Chris Pizzello
Morqan Friman

"Dünyada sülhü təmin etmək üçün din nə cür köməklik edə bilər?" sualına aktyor, "İnsan təbiəti balans tələb edir, Allah var, amma şeytan da var" cavabını verib.

Jurnalistin "Müharibələrin çoxalmasında nəzarətsiz texnologiyanı günahlandırmaq olar, yoxsa savaşmaq ruhumuzda var?" sualını aktyor belə cavablandırıb: "Texnologiyanın bu qədər sürətlə inkişafı insana ürküdücü gəlir. Süni zəkadan narahat oluruq, olmalıyıq da. Çünki bizdən daha ağıllıdır, üstəlik duyğuları yoxdur".

80 yaşda hələ də kino və sənədli film layihələrinə aralıqsız davam edən Friman, işin sirrini açıqlayıb: "İntizam! Əlbəttə, idman da bunun bir parçasıdır. Və əsası, necə qidalanmağın. Normadan artıq yeməyi çoxdan tərgitdim".

"Çox yemək vərdişdir. Əslində, buna ehtiyac yoxdur. Tərgidə bilsəniz, özünüzü necə yaxşı hiss edəcəyinizi görəcəksiniz. Tarix boyu insanlar fiziki işlə məşğul olublar. Sadəcə son yarım əsrdir, vəziyyət dəyişib. Ona görə, piylənmənin də sayı artıb. Ağac əkməyi, əkib-biçməyi və s. bu kimi işləri tərgitdik. İndi ancaq, səhər yuxudan duranda dişləri yuyub, saçı darayıb, geyinib işə gedirlər. Və iş vaxtı oturduqları yerdən qalxmırlar. Bütün əmək bundan ibarətdir. Nəticəsi də göz qabağındadır" — Morqan Friman deyib.

50
Teqlər:
süni zəka, Oskar mükafatı, Morqan Friman, texnologiya, aktyor
Əlaqədar
Robotlar Bakıda futbol oynadılar
Bakı robotlar arasında da futbol yarışına sahiblik edəcək
Dünyanın ilk "robot vəkili" məsləhət xidmətinə başladı
Robot-jurnalist ilk məqaləsini yazdı
Robotlara "insan" statusu veriləcək
Şirkət əməkdaşlarını robotla əvəz edəcək
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

25
(Yenilənib 23:07 25.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

25
Fransa bayrağı, arxiv şəkli

Fransa Senatından Azərbaycan əleyhinə xaincəsinə qərar

116
(Yenilənib 22:12 25.11.2020)
XİN: Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

BAKI, 25 noyabr - Sputnik. Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

116
Teqlər:
Dağlıq Qarabağ, Fransa

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0