Kərkükdə hökumət qüvvələri ilə separatçılar arasında toqquşmalar olub

© AFP 2023 / AHMAD AL-RUBAYE Рекламный щит, посвященный референдуму о независимости Курдистана, Киркук, Ирак, 25 сентября 2017 года
Рекламный щит, посвященный референдуму о независимости Курдистана, Киркук, Ирак, 25 сентября 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Kərkükdə İraq hökumət qüvvələri ilə kürd separatçıları arasında toqquşmalar olub

BAKI, 16 oktyabr — Sputnik. Oktyabrın 16-da Kərkükə daxil olan İraq hökumət qüvvələri ilə kürd peşmərqə silahlıları arasında toqquşmalar baş verib. "Report"un məlumatına görə, bu barədə "Al Sumaria" telekanalı xəbər verir.

Toqquşmalar bölgənin cənubunda, sənaye rayonunda baş verib, bir sıra rayonlarda atəş səsləri eşidilir. "Rudaw" kürd telekanalının yaydığı məlumata görə peşmərqə dəstələri hökumət qüvvələrinin dörd hərbi maşınını yandırmağa müvəffəq olub.

İraq Kürdüstanının lideri Məsud Bərzani isə peşmərqə dəstələrinə İraq ordusuna hücumlardan yayınmağa çağırıb, lakin cavab olaraq atəş açmağa icazə verib.

Bir az əvvəl İraqın baş naziri Heydər əl Abadi hökumət qüvvələrinə Kərkükün dövlət və hərbi obyektlərində təhlükəsizliyin bərqərar olmasını əmrini verib. 

Xəbər lenti
0