Gömrükdə aşkarlanan şübhəli qutunun içərisindən "zombi həbləri" çıxdı

CC0 / Pexels / DrugsHəblər, arxiv şəkli
Həblər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yükləri almağa gələn özəl bir telekanalın əməkdaşı saxlanılıb

BAKI, 15 oktyabr — Sputnik. İspaniyadan Türkiyəyə göndərilən yük avtomobilinə gömrükdə baxış keçirilib. Sputnik Türkiyə xəbər verir ki, İstanbul gömrüyündə aparılan yoxlamalar zamanı, şübhəli qutu aşkarlanıb.

Qutunun içərisindən çıxan maddələr laborator analizə göndərilib və ortaya çıxan nəticə hər kəsi təlaşa salıb. Belə ki, həmin maddələr, ABŞ və Braziliyada yayılmağa başlayan, adına "zombi həbi" deyilən uyuşdurucu maddələr imiş.

Bu fakt ortaya çıxar-çıxmaz, yükləri almağa gələn özəl bir telekanalın əməkdaşı Serkan O. saxlanılıb. Hazırda fakt üzrə araşdırma aparılır.

Xəbər lenti
0